“Turizmin inkişafı üçün sabitlik əsas meyardır”
Tarix: 17.11.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Turizmin hazırda dünya iqtisadiyyatında mühüm rolu var və bu sənayedən 2020-ci ildə 2 trilyon dollarlıq gəlir əldə edilməsi gözlənilir. Lakin bu sektorun inkişafı üçün bir sıra mühüm amillər var ki, onlardan biri də turistlərin seçdikləri ölkələrdəki sabitlikdir. Son zamanlar turizmin inkişaf etdiyi bir sıra ölkələrdə baş verən həm iqtisadi, həm siyasi hadisələr bu sabitliyin heç də göründüyü qədər möhkəm olmadığını göstərir. Turizm ölkəmiz üçün də prioritetdir və hazırkı vəziyyət turizm üçün geniş imkanlar açır.
Təhlükəsizlik və sabitliyin tam şəkildə qorunacağını deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər: “Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir. Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli-mənəvi dəyərlər, azərbaycançılıq, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir”.

Fransa turizmi
hücumlardan
necə təsirlənəcək?

Dövlət başçısının qeyd etdiyi kimi böhran içində olan Avropa son bir neçə gündür Paris terrorları ilə silkələnib. Paris bu il ikinci dəfə terror hücumuna məruz qaldı. Bu hücumlar Fransa xalqına təsir etdiyi kimi, ölkədəki turistləri də qorxudub. Ölkəyə səfər etmək istəyənlərin son faciə ilə bağlı fikirlərində tərəddüdlər müşahidə edilir. Paris əhalisinə evlərində qalmaları ilə bağlı xəbərdarlıq edilməklə yanaşı, 1944-cü ildən bəri ilk dəfə Fransa ordusu Paris küçələrinə çıxarılaraq, müdafiə tədbirlərində iştirak edir. Aralarında Türkiyə və İngiltərə də olan bir çox ölkə Parisdə olan vətəndaşlarını küçəyə çıxmamaları və yerli orqanların xəbərdarlığına diqqətlə yanaşmağa çağırıblar. Parisin populyar turist məkanı sayılan Eyfel qülləsi və Disneyland növbəti qərara qədər ziyarətlərə bağlanmaqla yanaşı, Eyfel qülləsinin işıqları üç gün ərzində milli yas səbəbi ilə bağlı söndürülüb. Hücumlar nə qədər turizm bölgələrini hədəf almasa da faciənin ölkə turizmini mənfi istiqamətdə təsir edəcəyi təxmin edilir. “İndependent”də çap edilən məqaləsində ingilis müxbir Simon Calder Fransa turizminin bu faciədən necə təsirlənəcəyini şərh edib. O, ölkənin bütün nəqliyyat vasitələrində təhlükəsizlik tədbirlərinin daha da artırdığını, lakin bununla yanaşı, on minlərlə turistin və iş səyahətçisinin ölkəni tərk etmək üçün variantlarını dəyərləndirməyə başlayacaqlarını qeyd edib. Avropada önəmli nəqliyyat vasitələrindən olan “Eurostar” qatar stansiyalarında isə şəhəri tərk etmək istəyənlər üçün ekstra tədbirlər alınıb və əlində daha sonrakı vaxta aid bilet olan hər kəsin ən tez şəkildə yola salınacağı bildirilib. Xatırladaq ki, faciədən sonra Parisə gələcək bir çox uçuşlar təxirə salınıb. Məsələn, Nyu-Yorkdan qalxan təyyarə yarı yoldan geri dönüb. Mütəxəssislərin fikrincə, Paris dünyanın ən önəmli turizm mərkəzi olmaqda davam edə bilər. Ancaq böyük və xaricə açıq olan bu cür şəhərlərdə başqa hücumlar olmayacağının təminatı yoxdur. O da vurğulanır ki, uzun müddətə Şengen ölkələrində sərhəd nəzarətinin artırılması məqsədilə pasport nəzarətinin tətbiqi yenidən gündəmə gələ bilər.
Onu da qeyd edək ki, Rusiya Federalı Mülki Hava Yolları qurumu olan “Rosaviasiya” baş verən terror hücumundan sonra Fransaya uçuşları məhdudlaşdırma ilə bağlı məsələyə baxacağını açıqlayıb. Digər tərəfdən Federal Turizm Agentliyi olan Rosturizm Fransaya səyahət edəcək rus turistlərinə ölkəyə getməmələri ilə bağlı xəbərdarlıq etməyəcəyini, ancaq turistlərin səyahət edəcəkləri ölkələri seçərkən mövcud riskləri göz önünə almalarını bildirib.
“Rosaviasiya” rəhbəri Aleksandr Naredko Fransaya uçuşlarla bağlı hazırda bunu müzakirə etdiklərini, Federasiya şurası rəhbərinin müavini İlyas Umaxanov isə “belə bir qərar ala bilərik. Baş verənlərin Rusiyanı narahat etməməsi mümkün deyil, orada həqiqətən potensial təhlükə mövcuddur” deyib. “Rosturizm” hazırda Parisdə olan rus turistlərə mövcud qoruyucu tədbirlərə riayət etmələri, toplum olan yerlərə getməmələrini istəyiblər.
Rusiya Turizm Sənayesinin mətbuat xidmətinin rəhbəri İrina Tyurina qarşıdakı illərdə Rusiyadan Fransa və Avropaya səyahət edəcək rus turist sayında azalma olacağını bildirib. O, Fransaya gedəcək insanların davamlı zəng edərək nə edəcəklərini soruşduqlarını deyib: “Fikrimcə, sadəcə Fransa deyil, bütün Avropaya tələbin düşəcəyini düşünürəm. Parisdəki hadisədən sonra bütün muzeylərin bağlandığını, insanların bayıra çıxmaq həvəsinin qalmadığı müşahidə edilir. Bu isə insanlarda Fransaya getmək istəyi qalmır”.
Siyasi şərhçi Arzu Nağıyevin fikrincə, ümumiyyətlə, bu hadisə ilə bağlı Azərbaycana turistlərin gəlməsi arasında elə bir bağlılıq görmədiyini deyir: “Azərbaycan tolerant bir ölkədir və dini radikalizmlə bağlı elə bir bariz təhdidi də yoxdur. Bununla belə hüquq-mühafizə orqanları tərəfindən müvafiq qabaqlayıcı tədbirlər də həyata keçirilir və bu da öz müsbət nəticəsini verir. İkincisi də Rusiya bunun səbəbini təyyarəsi ilə bağlı hadisə ilə də əlaqələndirir. Təbii ki, terrordan heç kim sığortalanmayıb. Turizmin inkişafı üçün sabitlik əsas meyar olsa da, qiymətlərdən, göstərilən qulluqdan da çox şey asılıdır. Məncə, Azərbaycan turizmi üçün qlobal şəkildə dəyişiklik olmayacaq. Ölkədə müvafiq sabitlik hökm sürməkdədir. Bununla yanaşı, unutmaq lazım deyil ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, təbii ki, bu istiqamətdə dövlət başçısının rəhbərliyi ilə müvafiq işlər aparılır. Azərbaycan Qərb üçün mühüm bir tərəfdaş dövlətə çevrilməkdədir. Təbii ki, bunu Ermənistan və onun havadarları qəbul edə bilmirlər. Bir sözlə, dünyada baş verən proseslərə nəzər salanda bu gün Azərbaycanda siyasi, iqtisadi və digər parametrlərlə ölçülən mövcud vəziyyət stabildir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info