Erməni ordusunda növbəti vəhşilik
Tarix: 17.11.2015 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


“Aykakan jamanak”: “Zabiti tərəfindən döyülən
erməni əsgəri öz yaxınlarını belə, tanıya bilmir”


Ermənistanda hökm sürən hərc-mərclik, korrupsiya bütün sahələrlə yanaşı, ölkənin hərbi sahəsində də geniş vüsət alıb. Ölkədə hər il orduya çağırış zamanı problemlərlə üzləşən hərbi komissarlıqlar, planı doldurmaq xatirinə xidmətə yararsız olan erməni gənclərini belə, ordu sıralarına çağırmağa məcbur olurlar. Ermənistan mediasının verdiyi məlumata görə, bu vəziyyət işğal altında olan Dağlıq Qarabağda daha acınacaqlıdır.
Ölkədən çıxmalarına yasaq qoyulmuş və zorla bu ərazilərdə məskunlaşdırılmış erməni gənclər ordu sıralarında xidmətdən boyun qaçırırlar. Hazırda Ermənistanda belə bir fikir formalaşıb ki, erməni zabitləri orduda əsgərlərə vətənin müdafiəçiləri kimi yox, şəxsi varlanmalarını təmin edən obyekt kimi baxırlar. Zabitə «ödənc» ödəmək qabiliyyətində olmayan əsgəri hansı aqibətin gözlədiyini bu günlərdə öz zabiti tərəfindən vəhşicəsinə döyülmüş Artur Akopyanın timsalında görmək olar. Belə ki, öz zabiti tərəfindən döyülən erməni əsgəri, hətta öz yaxınlarını belə, tanıya bilmir.

Məsələnin ciddiliyini nəzərə alan İstintaq Komitəsi bu olayla bağlı cinayət işi açmaq məcburiyyətində qalıb. Bu barədə komitənin saytında məlumat verilir. Ölkədə fəaliyyətdə olan “Vətəndaş cəmiyyəti institutu” xəbər verir ki, bir neçə gün bundan əvvəl hərbi hissələrin birində zabit tərəfindən döyülən Artur Akopyanın səhhətində ciddi ruhi problemlər yaşanıb və o, İrəvandakı hərbi hospitallardan birinə yerləşdirilib.
Verilən məlumata görə, İrəvanda doğulan Akopyan bu ilin yanvarında hərbi xidmətə çağırılıb. O, xidmət zamanı 5 dəfə hərbi hissənin tibb məntəqəsində stasionar müalicə kursu keçib. Daha sonra Zəngəzurdakı qarnizon xəstəxanasına göndərilən Akopyanda ruhi sarsıntı müşahidə edildiyindən, o, İrəvandakı hospitallardan birinin psixi sağlamlıq şöbəsinə köçürülüb.
Təbii ki, bunlar Ermənistan ordusundakı rəsmi şəxslərin verdikləri məlumatdır. Lakin Akopyanın doğmaları deyilənlərlə razılaşmırlar. Onlar Akopyanın mənəvi təzyiqlərə məruz qaldığını və vəhşicəsinə döyüldüyünü, ona görə də ruhi sarsıntı keçirdiyini iddia edirlər.
Əsgərin xalası Edita Harutyunyan “Aykakan jamanak” nəşrinə bildirib ki, Arturu mağazaya getdiyi üçün döyüblər: “Axşam Artur əsgər yoldaşı ilə mağazaya, siqaret almağa gedərkən, zabitlər onu hərbi hissənin giriş qapısında görüblər. Yanındakı yoldaşı qaça bilsə də, o, buna nail ola bilməyib. Zabitlər Arturu möhkəm döyüblər. Ona əsas zərbələri baş nahiyəsindən vurublar. Mən onu hospitalda görərkən tanımadım. O da məni görərkən bütün yaddaşını itirdiyindən mənim kimliyimi xatırlamadı. Təkcə ardıcıl olaraq “Civan məni döydü, Civan məni təhqir etdi” -deyə təkrar edirdi. Lakin onu neçə nəfərin döydüyünü xatırlamır”. Maraqlı cəhətlərdən biri də budur ki, baş vermiş hadisə ilə bağlı nə hərbi hissə, nə hospital rəhbərliyi ailə üzvlərini məlumatlandırmayıb. Edita Harutyunyanın sözlərinə görə, baş verən hadisə ilə bağlı onları Arturun əsgər yoldaşları məlumatlandırıblar: “Əslində, bu günlər ərzində biz onun harada olması barədə xəbərsizdik”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info