“Bəzi gənclərimiz sosial şəbəkələrdən yararlana bilmirlər”
Tarix: 17.11.2015 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Yusif Alıyev: “Yad dini-ideoloji təsirlərə
düşən gənclərimizi bütün vasitələrdən istifadə edərək sağlam həyata qaytarmalıyıq”


Ötən illərlə müqayisədə III sektorda gənclərimizin aktivliyi xeyli dərəcədə artıb. Bunu vətəndaş cəmiyyətində gənclərin gördüyü işlər, həyata keçirdikləri layihələr bir daha açıq-aydın göstərir. Bu baxımdan Gənclərin Davamlı İnkişaf üzrə Analitik Mərkəzinin də fəaliyyəti diqqət çəkir. Mərkəzin sədr müavini Yusif Alıyevlə müsahibəni təqdim edirik.

-Gənclərin Davamlı İnkişaf üzrə Analitik Mərkəzinin əsas fəaliyyəti nədən ibarətdir?
-Öncə xüsusi qeyd etmək istərdim ki, bu gün Azərbaycan dövləti hərtərəfli hüquqi və iqtisadi inkişaf mərhələsi keçmiş dünyəvi dövlətdir. Buna görə də dünyəvi dövlətin bütün parametrlərinə uyğun olaraq ölkədə sərbəst söz mühiti, demokratik təsisatlar yüksək formada təmin edilib. Biz də bu təsisatlardan yararlanaraq gənc alim və tədqiqatçıların fəaliyyətlərinə köməklik göstərmək məqsədilə müəyyən fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənib təhlil edərək Gənclərin Davamlı İnkişaf üzrə Analitik Mərkəzini təsis etdik. Hədəflərimizdən biri də milli-mənəvi dəyərlərin gənclər arasında davamlı təbliğini təşkil etmək, elm və təhsil sahələrinin nümayəndələrinin, xüsusən gənc alim və tədqiqatçıların fəaliyyətlərinə köməklik göstərməkdir. Birliyin üzvlüyündə ölkədə və dünyada tanınan çox savadlı alimlər və istedadlı gənclər vardır. Texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov təşkilatın sədri, fəlsəfə doktoru Sakin Cabbarov isə beynəlxalq əlaqələr üzrə məsul şəxsdir.
İndiyədək orta məktəb müəllimləri üçün bir neçə müxtəlif mövzularda kurs və seminarlar, dəyirmi masalar təşkil edərək bir neçə qabaqcıl təcrübənin öyrənilməsini həyata keçirmişik. İnşallah, gələcək fəaliyyətimizi də maariflənmə və təbliğat istiqaməti üzərində quracağıq.
- Gənclər dövlətin onlara olan inamını doğrulda bilirmi?
-Gəlin, ilk olaraq dövlətin gənclərə sərgilədiyi diqqət və qayğıdan bəhs edək. Qürurla söyləyə bilərəm ki, hələ beynəlxalq səviyyədə gənclər günü təsis edilməmişdən iki il öncə gənclərə daim diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev Azərbaycanda Gənclər gününü təsis etdi. Məhz buna görə də gənclər də bu diqqət və qayğıdan ruhlanaraq ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etdilər. Bu gün ölkəmizin bütün sahələrində baş tutan inkişafda gənclərin özünəməxsus yüksək payı vardır. Bu gün gənclərimizin potensialının yüksək olması ilə dövlətimizin qüdrəti bir az da artır. Gənclərimiz elm, təhsl məqsədilə Avropanı, Amerikanı sanki qısa mənzil məsafəsi ediblər. Bu baxımdan deyə bilərəm ki, gənclərimiz Azərbaycan dövlətinin ümid və inamını dərindən doğrulda biliblər.
- Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?
-İlk olaraq yaşadığımız cəmiyyətdə gənclərin durumunu nəzəri olaraq iki hissəyə bölək. Birinci sosial baxımdan, ikinci də elm, təhsil baxımından. Təbii ki, cəmiyyətin sosial bazasında gənclərin aktivliyi olduqca güclüdür. Lakin bu aktivlikdə gənclərimizin potensialından bəzən yad qüvvələr bu və ya digər formada yararlana bilirlər. Çox təəssüf hissi ilə qeyd edim ki, bu gün dünyanı çalxalayan dini ekstremist qruplaşmaların sıralarında Azərbaycandan olan zəif bəzi xarakterli gənclərimiz də var. Bu gənclərə biz sahib çıxmasaq, onların sayı çoxalacaq. Yad ideoloji dini təsirlərə düşən gənclərimizi bütün vasitələrdən istifadə edərək sağlam həyata qaytarmalıyıq. Göründüyü kimi, cəmiyyətin sosial bazasında duran gənclərin dövlət tərəfindən ideoloji cəhətdən düzgün istiqamətlənməsinə böyük ehtiyac var. Cəmiyyətdə özünü elm və təhsil sahəsinə həsr etmiş gənclərimiz cəmiyyətin bütün sahələrində güclü inkişaf ənənəsi sərgiləyirlər. Bu da onun göstəricisidir ki, savadlı, sağlam, bilikli gənclik həmişə potensialını bəlli hədəfə doğru yönəldir.
- Azərbaycan gəncləri öz üzərinə düşən məsuliyyəti anlayırmı?
-Bəli, anlayırlar. Öncə qeyd etdim ki, bu gün Azərbaycanda yüksək potensiallı gənclik var. Ona sahib durub, dövlətin ali məqsədləri naminə xidmətlərə sövq etsək, çox uğurlu nəticələr almış olarıq. Bu cür gənclər də öz məsuliyyətlərini sözün həqiqi mənasında yüksək formada başa düşürlər.
Məlumdur ki, bu gün beynəlxalq səviyyədə Azərbaycanı istəməyən qüvvələr hər an Azərbaycana qarşı əks-mövqe sərgiləyirlər. Buna görə Azərbaycan gəncliyi bu cür düşmən münasibətlərə qarşı daim mübarizə aparmalıdır. Çox sevindirici haldır ki, gənclərimiz sözün həqiqi mənasında dövlətimizin, dövlətçiliyimizin möhkəmliyini artırmaq baxımından çox fədakarcasına işlər görürlər. Bunu ölkə başçısı İlham Əliyevin gənclərimizə göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirirəm.
- QHT olaraq gənclərlə bağlı hansı layihələr həyata keçirirsiniz?
-Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər təşkilatları daima gənclərlə bağlı bir sıra layihələr həyata keçirirlər. Nəzərə alsaq ki, torpaqlarımızın 20%-i azğın düşmənlərimiz tərəfindən işğal olunub, o baxımdan layihələrin çoxu vətənpərvərlik ruhunun artırılması istiqamətində həyata keçirilir. Bu gün vətənpərvərlik Azərbaycan gəncliyi üçün öndə duran məsələlərdən biridir. Eyni zamanda Azərbaycan gəncliyi dünyada informasiya müharibəsi getdiyi bir dövrünü yaşayır. Bilirsiniz ki, gənclər sosial şəbəkələrdə daha aktivlik nümayiş etdirirlər. Təəssüf ki, bəzən gənclər sosial şəbəkələrdən düzgün yararlana bilməyərək asudə vaxtlarını səmərəsiz məşğuliyyətə sərf edirlər. Bunları nəzərə alaraq biz paytaxt və regionlarımızda sosial şəbəkələrdən düzgün istifadə şüarı altında bir sıra layihələri həyata keçirdik. Digər tərəfdən hər bir dövlətin qüdrəti onun elminə söykənir. Bu baxımdan da xaricdə çalışan alimlərimiz tərəfindən dəfələrlə seminarlar təşkil etmişik ki, bu da elmə həvəsi olan gənclər tərəfindən çox böyük maraqla qarşılanıb. Həmçinin onu da qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən bir sıra fərdi layihələr də öz müsbət töhfələrini verməkdədir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info