Prezidentin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqları diqqət mərkəzindədir
Tarix: 17.11.2015 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Məhkəmə-Hüquq Şurasının Prezident İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilmiş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrasına həsr olunan geniş iclası keçirilib. Şuradan bildiriblər ki, tədbirdə Ali Məhkəmənin, Apelyasiya və birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, prokurorlar, ədliyyə işçiləri, vəkillər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

İclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı həyata keçirilən mütərəqqi tədbirlər və onların müsbət nəticələrini vurğulayıb. Dövlət başçısının Şəki Məhkəmə Kompleksinin açılışında məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə konkret tapşırıqları və qarşıda qoyduğu mühüm vəzifələr, o cümlədən korrupsiya ilə barışmaz mübarizə aparılması, şəffaflığın artırılması, məhkəmə qərarlarının ədalətliliyi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırılıb. Həmçinin məhkəmə fəaliyyətində yol verilən nöqsanların aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, yuxarı instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən aşkar edilən qanun pozuntularına prinsipial münasibət bəslənilməsinin vacibliyi vurğulanıb. İclasda çıxış edən Şuranın üzvü, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısı İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına böyük önəm verdiyini, korrupsiya ilə mübarizədə hakimlərin, ədliyyə və prokurorluq işçilərinin üzərlərinə düşən mühüm vəzifələri qeyd edib, Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət”in bu sosial bəla ilə mübarizədə ən səmərəli institusional vasitə olduğunu bildirib. Şuranın üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və məhkəmələrin şəffaflığı ilə bağlı tələblərin hər bir hakimin gündəlik fəaliyyətində rəhbər tutulmasının vacibliyini qeyd edib. R.Rzayev korrupsiyaya şərait yaradan və digər xarakterik nöqsanlara toxunub, məhkəmə təcrübəsinə ciddi əməl olunmasının zəruriliyini, hakimlər və məhkəmə işçiləri tərəfindən qeyri-etik davranış və digər mənfi halların yolverilməzliyini vurğulayıb. Baş prokuror Zakir Qaralov Azərbaycan Prezidentinin korrupsiya ilə mübarizəyə dair tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən həyata keçirilən işlər, o cümlədən sahibkarlığın inkişafına əngəllər yaradan məmurlar barədə görülən qəti tədbirlər barədə məlumat verib. Z.Qaralov korrupsiya ilə mübarizədə Məhkəmə-Hüquq Şurası və məhkəmələrlə qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edərək bu təhlükəli bəlanın qarşısının alınması üzrə təkliflərini bildirib. İclasda hakim assosiasiyalarının sədrləri, hakimlər, prokurorlar və QHT nümayəndələri də çıxışlar ediblər. Sonra tədbir işini “Məhkəmə təcrübəsi məsələləri” mövzusunda seminarla davam etdirib. Seminardan sonra tədbir iştirakçıları dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən Sabunçu Məhkəmə Kompleksinə gedərək burada yaradılmış yüksək şərait və elektron idarəetmə sistemləri ilə tanış olublar.










 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info