Arkanzasa Xocalı soyqırımı ilə bağlı qətnamələrə görə təşəkkür bildirilib
Tarix: 14.02.2013 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl Rok şəhərində ştatın qubernatorunun sarayında Türkiyə-Arkanzas-Azərbaycan dostluq ziyafəti təşkil olunub. Bu tədbirdə iştirak etmiş Türkiyə və Azərbaycan nümayəndələrindən ibarət heyət elə həmin gün Arkanzas ştatının dövlət katibi Mark Martin, qubernatorun müavini Mark Dar və Nümayəndələr Palatasının sədri Dəvi Karter ilə görüşüb. Görüşlərdə qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan nümayəndələri Arkanzas rəsmilərinə ştatın Nümayəndələr Palatasının fevralın 8-də, Senatın isə fevralın 11-də Azərbaycan ilə Arkanzas arasında dostluq münasibətlərinə və Xocalı soyqırımına dair qətnamələrin qəbuluna görə təşəkkürlərini bildiriblər. Həmin gün Arkanzas Dövlət Kapitol binasının qarşısında Azərbaycan və Türkiyə bayraqları dalğalanıb.
Ziyafətdə iştirak etmiş Arkanzas ştatının qubernatoru Mayk Bibi də Azərbaycan və Türkiyə nümayəndə heyətinin üzvləri ilə görüşüb. Qubernator ABŞ-ın müttəfiqləri olan hər iki ölkə ilə münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib.
Türkiyə nümayəndə heyəti tərəfindən ziyafətdə çıxış etmiş deputat Mehmet Öntürk qeyd edib ki, Türkiyə, eləcə də Azərbaycan ilə ABŞ arasında çoxşaxəli münasibətlərin tarixi kökləri var. Bu gün bu əlaqələr çox sürətlə inkişaf edir.
Azərbaycan nümayəndə heyəti tərəfindən çıxış etmiş ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasından bəri ötən dövr ərzində qət olunmuş yola nəzər salaraq təhlükəsizlik, enerji və iqtisadiyyat sahələri ilə yanaşı, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
İştirakçılara, həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq davam etdiyi və bunun ağır nəticələri barədə məlumat verilib. Sonra Arkanzas Senat və Nümayəndələr Palatasında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbulu təşəbbüsü ilə çıxış etmiş senator Brayn Kinq, Nümayəndələr Palatasının üzvləri Conatan Barnet və Kerin Hoper bu sənədlərin rəmzi surətlərini F.İsmayılova təqdim ediblər.
Arkanzas Nümayəndələr Palatasının üzvü C.Barnet bir daha Azərbaycana və Türkiyəyə səmimi dostluğunu ifadə edib.
İLKIN






 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Mirmahmud Mirəlioğlu Əli Kərimli haqqında: Allaha, Elçibəyə nə cavab verəcək?
26.06.2019
Avropa Şurasının yeni Baş katibi seçilib
26.06.2019
Strasburqda Azərbaycanda aparılan islahatlara həsr olunmuş tədbir keçirilib
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info