Allahşükür Paşazadə və Kamal Abdulla İsveçdə elmi konfransda iştirak edəcək
Tarix: 17.11.2015 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün İsveç Krallığına səfərə yola düşüb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) təşkilatçılığı ilə Stokholmda 18-19 noyabr tarixlərində keçiriləcək „Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti“ mövzusunda Elmi Konfransda iştirak etməkdir.
Şeyxülislam rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycandakı konfessiyaların rəhbərləri - Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Arxiyepiskopu Arxiyepiskop Aleksandr İşein, Roma Katolik kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının Ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadiy Zelmanoviç Stokholma yola düşdülər. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin də iştirak edəcəyi konfransda “Dinlərarası tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan və İsveç modelləri: müqayisəli təhlil” mövzularında panel iclasları keçiriləcək. QMİ sədri Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək. Səfər çərçivəsində İsveç Krallığının rəsmiləri və din xadimləri ilə görüşlər nəzərdə tutulur.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info