Qərbin Azərbaycana münasibətdə adi hal almış birtərəfli mövqeyi
Tarix: 17.11.2015 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Azərbaycan geosiyasi baxımdan çox təhlükəli bir regionda yerləşir və hazırda İraq, Suriya, Liviya və Yəmən kimi “uğursuz dövlətlər“ zamanında təhlükəsizlik lövbəri kimi xarakterizə olunurdu. Bu mənada Qərbin Azərbaycana layiqli və intellektual dəstəyini görmürəm. Ölkə bütün istiqamətlərdə özünümüdafiə siyasəti həyata keçirir. Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunmasını və bunun nəticəsində bir milyondan çox insanın qaçqın olduğunu nəzərə almaq lazımdır.
Trend-in məlumatına görə, bu barədə "Rhein-Zeitung" qəzetində dərc olunan Almaniya vətəndaşı, ixtisasca həkim olan Rahim Şmidtin məktubunda bildirilir.
Müəllif sual edir: "Qərb nə üçün Azərbaycana münasibətdə Yaxın Şərq və ya Ukraynadakı yol verdiyi eyni səhvləri təkrarlayır? Qərbin həmişə Şərqdən olan intellektuallar barədə mövqeyi var. Bu intellektuallar siyasətdə həqiqətin və dünyada sülhün bərqərar olmasına hansı töhfəni verə bilərlər və verməlidirlər?"
Məqalədə ATƏT DTİHB-nin noyabrın 1-də Azərbaycanda keçirilmiş Milli Məclisə seçkiləri müşahidədən imtina etməsi məsələsinə də dair müəllifin mövqeyi yer alır: "Ukrayna və ya digər ölkələrin nümunəsində olduğu kimi, Azərbaycan haqlı olaraq seçki müşahidəçilərini ölkə ərazisinə və əhalinin sayına uyğun göndərilməsini tələb etmişdi. Bu təklif qəbul edilmədi. Azərbaycana ümumiyyətlə, müşahidəçi göndərməmək yanlış addımdır".
R.Şmidt yazır ki, bütün yuxarıda qeyd olunanlara Qafqaz üzrə mütəxəssis sayılan Uve Halbaxın məqaləsində rast gəlmirəm: "Bu, Qərbin Azərbaycana dair adi hal almış birtərəfli mövqeyidir. Əgər Halbax öz mövqeyini obyektiv şəkildə ifadə etsəydi, onda onun analizləri inandırıcı, reallığı əks etdirən və keyfiyyətli olardı. Lakin siyasət neytral deyil, o, maraqlar və məqsədlərlə bağlı olur, buna tibdə “məqsədyönlü selektiv qavrama pozuntusu” deyilir. Qərb təşkilatları və mediasının keçmiş Sovet respublikaları, sözügedən məqalədə isə Azərbaycana dair tənqidi mövqeyi, ölkədəki inkişafı hər şeydən əvvəl insan haqları məsələsində axtarması yalnız bütün insanlar və iştirakçı ölkələrin marağında ola bilər və buna icazə verilir. Çünki universal dəyərlər danışıqlar mövzusu olmur, onlar hər yerdə müdafiə olunmalıdır".
Müəllif sonra yazır: "Almaniyanın vətəndaşı olaraq 1950-ci ildən etibarən, təkcə Yaxın Şərq və ya post-sovet məkanında deyil, eləcə də vətənim İranın nümunəsində Qərbin siyasətinin mənfi təsirlərini müşahidə edirəm. Bu siyasət, təəssüflər olsun ki, birtərəfli şəkildə iqtisadiyyat və təhlükəsizlik maraqlarına istiqamətlənmişdi və ikili mənəviyyatdan əziyyət çəkirdi. Bu siyasətin uzun müddət davam etməyəcəyinin nəticəsini hazırda Almaniyada və bu regionda olan ölkələrdə görürük. Qaçqınlara dair Aİ-nin Türkiyə ilə apardığı siyasət bu fikirləri bir daha təsdiq edir".
R.Şmidt hesab edir ki, Azərbaycanı və ölkə rəhbərliyini tənqid hədəfinə çevirmək (Avropa Parlamenti, Yaşıllar Fraksiyası və Qərb mediası) və onu bütün məsələlərdə məsul etmək ümumi hal olub: "Almaniyada Azərbaycanın birtərəfli mənfi obrazının formalaşdırılması ölkələr arasında etibarsızlıq üçün zəmin yaradır və bununla da anlaşma və əməkdaşlığın qurulmasını çətinləşdirir. Qərb güclü, özündə əmin və emansipasiyalı gəncliyi keçmişə uduzaraq şansı əldən verir. Tarixən belə cəmiyyətlərin strukturundan xəbərdar olan hər bir kəs kənarda duran şəxsin yaxşı məshələtlər verməsinin necə çətin olduğunu bilir. Ona görə də biz etibarlı əməkdaşlıq çərçivəsində bu şansları xüsusi vurğulayıb təcrübəmizi təklif etməliyik.
Azərbaycanın dünyəvi ölkə olduğunu qeyd edən müəllif yazır ki, ölkə bütün regionda müsəlman ölkəsi olaraq nümunədir: "Qadınlar diskriminasiya edilmir. Kriminallıq göstəricisi çox aşağıdır. İnternetdə informasiya azadlığına, eləcə də ölkəyə giriş və çıxış üçün hansısa məhdudiyyətlər qoyulmur. Ölkə ərazisində 40 xristian dini icması və 30 xristian kilsəsi, Lüteran icmasının Bakıda dövlətin maliyyə dəstəyi ilə təmir edilmiş kilsəsi, 6 sinaqoq və 5 yəhudi məktəbi var. Azərbaycan beynəlxalq təhlükəsizlik və Avropadakı qaçqınların vəziyyətini çətinləşdirəcək hər hansı terror təşkilatına dəstək vermir. Bürokratiyanın qarşısının alınması üçün həyata keçirilən layihələr Almaniya üçün nümunə sayıla bilər. Bu mövzu ilə əlaqədar Bakıdakı alman səfiri ilə çox konstruktiv söhbət apardıq. Azərbaycan çox çətin geosiyasi mövqeyi olmasına baxmayaraq, öz yolunu tapmaq və Avropa, xüsusilə Azərbaycanda böyük hörməti olan Almaniya ilə əlaqələri inkişaf etdirmək istəyir".




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info