DSMF nümayəndələri Beynəlxalq Sosial Təminat Assosiasiyasının seminarında iştirak ediblər
Tarix: 17.11.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Tədbirdə dünyada milli sosial təminat sistemlərinin inkişafının aktual problemləri geniş müzakirə olunub

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) bu günlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Avrasiya və digər ölkələrin sosial təminat təşkilatlarının rəhbərləri üçün seminar keçirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin Elmi Şurasının iclas zalında keçirilən və dünyada milli sosial təminat sistemlərinin inkişafının aktual problemlərinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunu sədrin müavini Zakir Babayev və sədrin müşaviri Yalçın Müslümov təmsil ediblər. Seminarın işində Rusiya Federasiyasının, Qazaxıstanın, Bolqarıstanın, Polşanın sosial sığorta və pensiya qurumlarının rəhbərləri iştirak ediblər.
Seminarda rus dilində nəşr olunmuş “Beynəlxalq sosial təminat: sənədlər və şərhlər” adlı məcmuənin təqdimatı keçirilmiş və BSTA-nın Baş katibi X.Konkolevskinin “BSTA-nın Rəhbər tövsiyələrinin məqsəd və vəzifələri, habelə sosial təminatın idarə olunmasında standartların yüksəldilməsi üzrə BSTA mərkəzinin göstərdiyi xidmətlər haqqında” məruzəsi dinlənilib.
Qeyd olunan məcmuəyə Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları və tövsiyələri, BSTA-nın sosial təminat məsəllələri üzrə Rəhbər tövsiyələri daxil edilib. Kitabın BSTA-nın Rəhbər tövsiyyələri hissəsində “Vicdanlı idarəetmə”, “Xidmətin keyfiyyəti”, “İnformasiya-kommunikasiya texnologiyaları”, “Sosial sığorta haqlarının toplanması və ödəmə intizamının təmin edilməsi” kimi bölmələrində verilən tövsiyyələr sosial (pensiya) fondların fəaliyyətlərinin təkmilləşdirilməsi işinə köməklik xarakteri daşıyır.
Seminarda həm də “Milli sosial təminat sistemləri: müasir çağırışlar və inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada sosial təminat sahəsində tanınmış alimlər və mütəxəssislər çıxış ediblər.
Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri BSTA-nın Baş katibi X.Konkolevski, habelə Rusiya Federasiyası Pensiya Fondunun və Sosial Sığorta Fondunun rəhbərləri ilə keçirdikləri ikitərəfli görüşlərdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info