«Elektron hökumət»in təbliği ilə bağlı 6 rayonda seminar keçirilib
Tarix: 17.11.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Regional İnsan Hüquqları və Media Mərkəzinin keçirdiyi seminarlarda 208 nəfər iştirakçıya elektron xidmətlərlə bağlı məlumat verilib

Yaşadığımız dövrdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı ölkələrin inkişaf səviyyəsini müəyyən edən mühüm amillərdən biridir. İnformasiya mübadiləsi internet vasitəsi ilə elektron şəkildə aparıldığından, elektron hökumətdə fəaliyyət daha çevik, effektiv, şəffaf olmaqla yanaşı xərclər də azalır. “Elektron hökumət”in vətəndaş üçün bir üstünlüyü də odur ki, vətəndaş internet vasitəsi ilə xidmətlərdən istifadə edir, bürokratik əngəllər aradan qalxır və artıq saatlarla növbə gözləmir. Şəffaflığın təmin olunmasına yardım edən elektron xidmətlərdən region sakinləri, paytaxta nisbətən daha az yararlana bilir. Bunun əsas səbəblərindən biri onların elektron xidmətlərə çıxış imkanlarının olmamasıdırsa, digər səbəb xidmətdən istifadə ilə bağlı bilgisizlikdir.
Regional İnsan Hüquqları və Media Mərkəzi region sakinlərinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılması məqsədi ilə 6 rayonda seminar keçirib. Naftalan, Bərdə, Goranboy, Tərtər, Yevlax və Ağdam rayonlarında keçirilən seminarlarda 208 nəfər iştirak edib.
Keçirilən seminarların məqsədi ilə bağlı məlumat verən Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib ki, «Elektron hökumət»in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə köməkliklərin göstərilməsi» layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
X.Kazımov bildirib ki, bu gün geniş tətbiq olunan «elektron hökumət»in vətəndaş üçün bir sıra üstünlüyü var: “Yaradılan xidmətlər həm də vətəndaşlara problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompyuter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda əhalinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılmasına ehtiyac var. Bizim də məqsədimiz odor ki, region sakinlərinə respublikamızda ayrı-ayrı dövlət qurumlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı ətraflı məlumat verək”.
Daha sonra məruzə ilə çıxış edən ekspert Ələsgər Məmmədli ayrı-ayrı dövlət qurumlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı iştirakçılara ətraflı məlumat verib: “Artıq orta məktəbin I sinfinə qəbuldan başlamış, şəxsiyyət vəsiqələrinin alınması, daşınmaz əmlakın rəsmiləşdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınması, vergi və sosial ödənişlərə görə hesabatların verilməsi, kommunal xidmətlərin ödənilməsinədək elektron xidmətlər göstərilir. İndiyədək 455 elektron xidmət təsdiq edilib və 340 xidmət «Elektron hökumət» portalına (www.e-gov.az) inteqrasiya olunub. Dövlət qurumlarının saytlarında 507 elektron xidmət göstərilir. «Elektron hökumət» portalı vasitəsi ilə 431 elektron xidmət göstərilir. Bu xidmətlərin çoxu əhalinin rahatlığına və daha səmərəli xidmət almasına hesablanıb”.
Daha sonra Ə.Məmmədli «Elektron hökumət» portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydalarını əyani şəkildə iştirakçılara göstərdi. Həmçinin, mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, seminar iştikakçılarına, həmçinin tədbir keçirilən rayon sakinlərinə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfinfən hazırlanan «Elektron hökumət»dən sən də yararlan!” adlı buklet paylanılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info