Moskvada Kərim Kərimova həsr edilmiş filmin nümayişi olub
Tarix: 17.11.2015 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Moskvanın "Bakı" kinoteatrında məşhur sovet alim-mühəndisi, sovet kosmonavtikasının banilərindən biri olmuş general-leytenant Kərim Kərimova həsr edilən “Ucalıq” adlı sənədli film nümayiş olunub.
Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, K. Kərimovun nəvəsi Kərim Kərimov, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) və diasporun nümayəndələri iştirak ediblər.
Səfir Polad Bülbüloğlu çıxışı zamanı filmin rejissoru, Azərbaycanın xalq artisti Vasif Babayevi Rusiya paytaxtında keçirilən təqdimat mərasimi ilə bağlı təbrik edib. Bu filmin bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən diplomat bildirib ki, Azərbaycanda uzun müddət həmyerlimizin Sovet İttifaqı pilotların uçuşu üzrə Dövlət Komissiyasının rəhbəri olmasından xəbərsiz olublar: "Ancaq Kərim Kərimov təqaüdə çıxdıqdan sonra bu məlumatı ictimaiyyətdən sirr saxlamayıblar. Əlbəttə ki, bütün Azərbaycan SSRİ kosmonavtikasının məhz Kərim Kərimovun adı ilə bağlı olmasından fəxr edir".
Diplomat bir neçə gün əvvəl filmin təqdimatının Kosmonavtika Muzeyində uğurla nümayiş etdirildiyini də xatırladıb. Onun sözlərinə görə, Moskvanın 157 saylı orta məktəbinin general Kərim Kərimovun adını daşıması çox simvolik xarakter daşıyır.
Kərim Kərimovun nəvəsi isə çıxışı zamanı filmin müəlliflərinə dərin təşəkkürünü bildirib.
Öz növbəsində filmin rejissoru Vasif Babayev film üzərində 1987-ci ildən işlədiyini qeyd edib: "Mən Kərim Kərimovla şəxsən tanış idim. O zaman hələ onun kimliyi ciddi sirr kimi qorunurdu. Kərim Kərimov Sovetlər İttifaqında ballistik və qanadlı raketlərin yaradıcılarının öndə gedənlərindən idi. Müharibədən sonra o, bir qrup alimlə bərabər Almaniyaya “Fau-1” və “Fau-2” raketlərini öyrənməyə göndərilib. Qayıdandan sonra onlar sovet raketinin üzərində işləməyə başlayıblar. Bu insan kosmik qüvvələrin yaradıcılarından biridir. Kərim Kərimov Raket Silahlanması Baş İdarəsinə, daha sonra isə Kosmik vasitələrin Mərkəzi İdarəsinə rəhbərlik edib. Bütün bunlar haqqında filmdə deyilib".
Filmin operatoru Elçin Abdullayev isə Kərim Kərimovun əfsanəvi şəxsiyyət olduğunu söyləyib: "Fəxr edirəm ki, bu dahi insan haqqında film çəkmək mənə nəsib olub".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”
19.02.2019
“Suriya və İraqdan qaçan terrorçular Əfqanıstanda terror xabı yaradır”
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info