“Bakı -Tiblisi-Qars Azərbaycanı dəmir “İpək Yolu”nun banisi kimi tanıtdıracaq”
Tarix: 17.11.2015 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


“Bakı -Tiblisi-Qars dəmir yolu xəttini yalnız iqtisadi layihə kimi yox, həm də böyük əhəmiyyətə malik olan siyasi bir layihə kimi də dəyərləndirmək lazımdır”. Bu fikri Strateji Araşdırmalar İnstitutunun direktoru, plitoloq Ramiz Alıyev Bakı -Tiblisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu dəmir yolu xətti istifadəyə verildikdən sonra ölkəmizin bir daha dünyanın diqqət mərkəzində olmasını hər birimiz görə biləcəyik: “Belə böyük bir layihənin ideyası Prezident İlham Əliyev tərəfindən verilib və bu layihənin ölkəmizin istər siyasi, istərsə də iqtisadi cəhətdən regionun lider ölkəsi olmasını təsdiq edən bir layihə kimi qiymətləndirmək lazımdır. Ona görə ki, Bakı-Tiblisi-Qars dəmir yolu xəttinin təməlinin qoyulması və bu sahədə görülən işlər dəmək olar ki, dünyanın diqqət mərkəzidə olan bir hadisədir. Ona görə ki, bu layihə yalnız Azərbaycan -Türkiyə və Gürcüstanın deyil, Avrasiyanın və ümumilkdə dünyanın marağında olan bir layihədir. Bu dəmir yolunun yüksək səviyyədə istifadəyə verilməsi ölkəmizin etibarının, iqtisadi gücünün, ölkə rəhbərinin böyük siyasi iradəyə malik olmasını bir daha təsdiqləyəcək. Ona görə ki, bu dəmir yolu vasitəsi ilə tək Azərbaycan əhalisi və Azərbaycan iqtisadiyyatı deyil, həmçinin bu layihədə iştirak edən dövlətlər və digər qonşu ölkələr, həmin ölkənin əhalisi və iqtisadiyyatı yararlana biləcək. Məhz buna görədir ki, Bakı-Tiblisi-Qars dəmir yolunda aparılan bütün işlər cənab Prezidentin şəxsi nəzarətindədir və işlərin daha keyfiyyətli və daha tez aparılması üçün müəyyən islahatlar edərək bu işlərdə etibar etdiyi şəxsi Azərbaycan Dəmir Yolları QSC -ə rəhbər təyin edərək müəyyən əlavə səlahiyyətlər verdi. Bu o deməkdir ki, ölkəmiz və dövlətimiz üçün əhəmiyyətli olan işlər cənab Prezidentin şəxsi nəzarətində olan bir məsələdir. Bu layihə ölkəmiz və region üçün o qədər əhəmiyyətlidir ki, bu layihəni növbəti və müasir Bakı-Tiblisi -Ceyhan da adlandırmaq olar”.
Ramiz Alıyeve görə, Azərbaycan layihənin əhəmiyyətini bəyan edəndə hər kəs bu layihəni analoqu olmayan və müasir dəmir “İpək Yolu” da adlandırdı: “Əslində, belə düşünmələri normal qarşılanmalıdır. Ona görə ki, bu layihənin həyata keçirilməsi Azərbaycanı yenidən mərkəzi iqtisadi ölkəyə çevirəcək. ASAN Xidmət Azərbaycanın brendi olduğu kimi, Bakı -Tiblisi-Qars da Azərbaycanı dəmir “İpək Yolu”nun banisi kimi tanıtdıracaq. Bildiyimiz kimi bu dəmir yolu vasitəsi ilə yalnız yük daşınması deyil, həmçinin də sərnişin daşınması olacaq. Bu görə də ölkəmizə gələcək iqtisadi dividentlər daha da böyük müxtəlif formalarda olacaq. Mərkəzi Asiya və digər region ölkələrinin vətəndaşları və həmin ölkələrin yükləri rahat və təhlükəsiz şəkildə Avropaya çatacaq. Yəni saymaqla bitməyən müxtəlif formalarda ölkəmizin büdcəsinə maliyyə axını olacaq. İqtisadi cəhətdən ölkəmizə analoqu olmayan bir gəlirlər gətirəcək bu layihə. Ölkə turizmin inkişafı yüksək templə artar və həm Avropadan, həm də Asiyadan ölkəmizə gələnlərin sayı düşündüyümüzdən də çox olacaq. Ölkəmizə qoyulan investisiya layihələrinin sayı xeyli artacaq. Çünki dövlətimiz bu layihə ilə bir böyük bir inam, etibar qazanmış olur. Hesab edirəm ki, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəsindən sonra yalnız dövlət büdcəsi deyil, Azərbaycan əhalisinin bütün təbəqəsi öz şəxsi büdcəsində maliyyə artımını hiss edəcək”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info