Konte Azərbaycan yığması ilə oyunu nümunə göstərdi
Tarix: 17.11.2015 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


“Ötən ay Azərbaycan yığması ilə oyunda 4-4-2 taktiki sxemindən yararlandıq və bunun xeyrini gördük”. Bunu İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib. Azərbaycan yığması ilə “Avro-2016”-nın seçmə mərhələsində eyni qrupda mübarizə aparan və final mərhələsinə vəsiqə qazanan “Skuadra Adzurra” noyabrın 13-də Belçika ilə yoldaşlıq görüşü keçirib və 1:3 hesabı ilə məğlub olub.
Konte bu yenilgini problemə çevirmədiklərini söyləyib: “Norveçlə qarşılaşmada 3-5-2-dən yararlandıq. Lakin yenidən 4-4-2-yə qayıtdıq. Çünki həm Azərbaycan, həm də 4-4-2 taktikası ilə çıxış etdiyimiz digər görüşlərdə daha baxımlı futbol sərgilədiyimizi gördük. 3-5-2 sistemini alternativ variant hesab etmirik. Çünki belə oynayanda komanda hücuma daha çox aludə olur və müdafiədə boşluqlar yaranır. Bu o demək deyil ki, İtaliya yığması müdafiə futbolu göstərəcək. Biz bunu dəyişmək istəyirik. Artıq oyuna diktə edən və hücuma daha çox atılan tərəf olmaq istəyirik. Avropa çempionatına qədər də yoldaşlıq görüşlərində bu sistemi oturtmağa çalışacağıq. Yoldaşlıq oyunları üçün güclü rəqib seçirik ki, istəyimizi daha tez reallaşdıraq”. Qeyd edək ki, İtaliya yığması bu gün növbəti yoldaşlıq görüşündə Rumıniyanı qəbul edəcək. İtalyanlar seçmə mərhələdə millimizlə görüşlərdə müvafiq olaraq 2:1 və 3:1 hesablı qələbə qazanmışdılar.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info