Azərbaycan turizmi Milanda təqdim olunacaq
Tarix: 14.02.2013 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Fevralın 14-dən 17-dək İtaliyanın Milan şəhərində “BİT-2013” Beynəlxalq Turizm Sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, sərgidə ölkəmizin turizm imkanları da nümayiş olunacaq. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin xarici turizm sektorunun məsləhətçisi Məleykə Hüseynova, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov, Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı Xəyalə Şahbazova, həmçinin «Geo Travel», «Gilan Turizm», «İmprotex travel» və «Regea travel» şirkətlərinin əməkdaşları daxildir. Sərgidə nazirlik tərəfindən 30 kvadrat metrlik lövhə icarəyə götürülüb. Azərbaycanın tanınmış turizm məkanları haqqında məlumatlar ingilis dilində hazırlanmış 30 adda reklam-çap məhsulları vasitəsilə nümayiş etdiriləcək. Qeyd edək ki, ötən il Milanda keçirilən "BİT-2012" sərgisində dünyanın 130 ölkəsindən 2287 şirkət iştirak etmişdi.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info