“Dövlətin mülkiyyətini talayanlar cəzalarını almalıdırlar”
Tarix: 17.11.2015 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Millət vəkili Tahir Rzayev: “Prezident bu sahədə konkret olaraq öz qətiyyətini göstərdi, Azərbaycan xalqı isə bunu dəstəkləyir və alqışlayır”

Öz vəzifəsindən sui-istifadə edərək korrupsiya hallarına yol verən, azad sahibkarlığın inkişafına maneələr törədən vəzifəli şəxslərə qarşı həyata keçirilən tədbirlər cəmiyyətin diqqət mərkəzindədir. Son günlər baş verən proseslərlə bağlı reallaşdırılan tədbirlər nəticəsində artıq bəzi vəzifəli şəxslər işdən azad edilib, bir qisim şəxslər məsuliyyətə
cəlb edilib.

Prezident İlham Əliyev öz çıxışında bu məsələyə toxunaraq bildirib ki, son vaxtlar ölkə ictimaiyyəti cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslərin ciddi şəkildə cəzalandırıldığını görür: “Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək. Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün”.
Ölkə başçısının da qeyd etdiyi kimi artıq son günlər bu istiqamətdə meydan getdikcə daralmaqdadır. Artıq nəinki sabiq MTN əməkdaşları, eləcə də onların vəzifəli şəxsləri ilə əlaqədə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi vəzifəli şəxsləri barədə həbs qətimkan tədbiri seçilib. Onlardan biri kimi “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bundan başqa, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi də saxlanılıb. Qeyd edək ki, bundan əvvəl “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da həbs edilib. Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
Baş verən hadisələr alimlərimiz, ziyalılarımız, ümumiyyətlə, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müsbət qarşılanmır. Ümumiyyətlə, korrupsiyanın müsbət hal olmadığını deyən millət vəkili Tahir Rzayev bildirdi ki, Azərbaycan demokratik, inkişaf edən bir respublikadır: “Bu adamlara məsul vəzifələr etibar olunub, sözsüz ki, bu etimaddan istifadə etmək dövlətə, xalqa xəyanətdir. Çünki yüksək etimad göstərilən bu insanların belə hərəkətləri nəinki dövlətə, həm də xalqa zərbədir. Onlar dövlətin, xalqın malını talayıblar, insanların mənəviyyatını şikəst ediblər. İndi biz faktlara baxıb həyəcan keçiririk. Ölkənin milli təhlükəsizliyini təmin etməli, onu qorumalı olan adamlar ölkə üçün təhlükə yaradırdılar. Eləcə də digər qurumlar, məsələn, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, digər vəzifəli şəxsləri göstərmək olar. Bu bir vətəndaş, insan kimi Azərbaycanın hər bir vətəndaşının düşündürür. Azərbaycanın tərəqqi etməsi, inkişafı, beynəlxalq aləmdə tanınması bizim hər birimizin öz vəzifəmizdən məsuliyyət tələb edir. Əgər bu adamlar belə hallara yol veriblərsə, onlar dövlətin, xalqın əmlakını talayıblarsa, insanları incidiblərsə, zülm veriblərsə, elə bir dəbdəbəli həyat qurublarsa, milyonlarla, milyardlarla vəsaiti göyə sovurublarsa, oğurlayıb, talan ediblərsə onlar qanun qarşısında cavabdeh olmalıdırlar. Belə insanlar ən ağır cəzaya layiqdirlər. Onların içərisində bir çoxları artıq həbs edilib, onlar nəinki həbs edilməlidirlər, onların əldə etdikləri vəsaitlər hamısı alınmalı, dövlətin büdcəsinə keçməli, müsadirə olunmalıdır. Çünki bu qədər hərislik, bu qədər zalımlıq, bu qədər sədaqətsizlik olmaz. Mənim fikrimcə, bu baş verənlər nəinki iqtisadiyyatımıza, dövlətimizə zərbə oldu, eləcə də bizim mənəviyyatımıza bir zərbə oldu. Biz azərbaycanlıların özümüzün təhlükəsizliyimizi etibar etdiyimiz insanlar bizə belə etibarsızlıq etdilər, bizi pis vəziyyətdə qoydular”.
Millət vəkilinin sözlərinə görə, Prezident bu sahədə konkret olaraq öz qətiyyətini göstərdi: “Bütün Azərbaycan xalqı bunu dəstəkləyir və alqışlayır. Ölkədə daha ciddi problemlər yarana bilərdi və çox yaxşı oldu ki, vaxtında bunun qarşısı alındı. Bu hadisələri törədənlər, cinayətdə əli olanlar, dövlətin mülkiyyətini talayanlar, insanlara ziyan, zərbə vuranlar layiqli cəzalarını almalıdırlar”.
T.Rzayevin fikrincə, uzun müddətdir ki, ölkəmizdə ciddi islahatlar aparılır: “Həm iqtisadi, siyasi və digər sahələrdə bu islahatlar gedir. 2005-ci ildə də müəyyən kadrların dəyişilməsi, həbs edilməsi prosesi getdi. Ondan sonrakı dövrdə də bu işlər baş verdi. Biz bu hadisələr baş verərkən, seçicilərlə görüş zamanı yerlərdə insanlarla görüşərkən, onlar ölkə başçısına nə qədər böyük hörmətləri olduğunu, sədaqətlərini nümayiş etdirirdilər. Bu hadisələri qəlb ağrısı ilə ifadə etməklə yanaşı, hər zaman Prezidentin yanında olduqlarını bildirirdilər. Deyirdilər ki, bu istiqamətdə həyata keçirilən tədbirlərə tərəfdarıq, belə də olmalıdır, qəti tədbirlər görülməlidir, hətta ölkənin, dövlətin mənafeyinə xələl gətirən vəzifəli adamlar, məmurlar varsa mütləq cəzalanmalıdır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
1 ildə 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib
22.11.2018
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info