Azərbaycan qazını Avropaya daşıyacaq yeni qaz kəməri sazişi imzalandı
Tarix: 14.02.2013 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Dünən Afinada Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan TAP qaz kəmərinin tikintisinə dair hökumətlərarası sazişin imzalanma mərasimi keçirilib. Sazişi Yunanıstanın xarici işlər naziri Dimitris Avramapulos, Albaniya baş nazirinin müavini Edmont Xadjinasto və İtaliyanın iqtisadi inkişaf naziri Korrado Passera imzalayıblar. TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir. Yunanıstanın xarici işlər naziri Dimitris Avramapulos sazişin imzalanma mərasimində çıxış edərkən bildirib ki, Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik qaz kəmərinin tikintisinə dair üçtərəfli saziş digər layihələrlə rəqabətdə TAP-a üstünlük verəcək: “Bu sazişin verdiyi mesaj o qədər aydın və səslidir ki, TAP vasitəsilə bizə daha da yaxın olan Azərbaycanda eşidiləcək”. Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan TAP qaz kəmərinin tikintisinə dair üçtərəfli sazişin imzalanmasını alqışlayıb. Avrokomissar yaydığı açıqlamada bunu layihənin reallaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirib. G.Ottinger qeyd edib ki, TAP layihəsi məqsədi AB-ni Xəzər regionunun zəngin qaz yataqları ilə birləşdirmək olan “Cənub qaz dəhlizi”nin ilk komponentlərindən biri ola bilər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info