Ermənilərin konyakı daha satılmır
Tarix: 18.11.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Ermənistanın işsiz kənd əhalisi əyyaşlıq edir. İşğalçı ölkənin “Qraparak” nəşrinin məlumatına görə, Ermənistanın kəndlərində, xüsusən də Armavirdə üzüm istehsalı ilə məşğul olan kəndlilər öz aralarında zarafatla dedikləri kimi, əyyaşlara çevrilməkdədirlər.
Bunun səbəbi isə hazır məhsulu sona qədər yığmağa tərəddüd edən kəndlilərin təsəlli kimi içməyə üstünlük verməsidir. Məsələ bundadır ki, sadə erməni kəndlisi böyük zəhmət hesabına yetişdirdiyi məhsulu sata bilmir. Yığılan məhsula artıq tələbat yoxdur. Ölkədə bu sahə ilə məşğul olan biznesmenlər yığılmış hazır məhsula çox cüzi ödəniş təklif etməklə yanaşı, verəcəkləri pulu da gələn ilin mart-aprel aylarında ödəyəcəklərini bildirirlər. Burada önəm kəsb edən başlıca məqam ondan ibarətdir ki, artıq erməni konyakı daha heç bir ölkə tərəfindən alınmır. Buna görə də ölkədəki ən iri konyak istehsalçısı olan İrəvan Konyak Zavodu da ağır durumdadır. Bunu erməni rəsmilər də etiraf edirlər. Belə ki, Ermənistanda konyak istehsalı 2015-ci ildə ötən illərlə müqayisədə 610,4 min litrə qədər, demək olar ki, 10 dəfə azalıb. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, konyak istehsalının kəskin şəkildə aşağı düşməsinə səbəb Rusiyada rublun devalvasiyasıdır. Qeyd edək ki, məhz Rusiya erməni konyak sənayesi üçün əsas bazar idi. Daha diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Eçmiədzində erməni general Seyran Saroyana məxsus olduğu deyilən konyak zavodu erməni kəndlisindən aldığı üzümün müqabilində onlara spirt təklif etməsidir. Seçim qarşısında qalan erməni kəndlisi spirti seçmək məcburiyyətində qalır və bu da erməni kəndlərində geniş əyyaşlığa rəvac verməkdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info