Qalib jurnalistlər təltif olundu
Tarix: 18.11.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli açıb. N. Yusifbəylin qonaqları salamladıqdan sonra tədbirin keçirilməsinin məqsədi barədə məlumat verib. Daha sonra çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov medianın ictimai rəyə təsirindən söz açıb. A. Bədəlov bildirib ki, media işçiləri cəmiyyətin güzgüsüdür. Bu nöqteyi-nəzərdən mətbuat işçilərinin işinin məsuliyyətli olduğunu söyləyən A. Bədəlov alternativ enerji sahəsinin inkişafının əhəmiyyətindən söz açaraq, bu sahədə aparılan işlərin ictimaiyyətə çatdırılması, əhalininn marifləndirilməsinin vacib olduğunu dilə gətirib. A. Bədəlov alternativ enerji sahəsinin Azərbaycanda inkişaf tarixindən və görülən işlərdən də söz açıb: "Bu planetin dəyərini bilməliyik. Bu planet bizə ona görə verilməyib ki, biz onu dağıdaq, məhv edək. Ənənəvi enerji istehsalı tükənən olduğundan, istehsalı və paylanma zamanı texnogen proseslər baş verdiyindən iqlim dəyişikliklərinə səbəb olur. Bu və müxtəlif səbəblərdən alternativ enerji mənbələrdən istifadə günün tələbidir".
A. Bədəlov deyib ki, neft, qaz, resurslar uğrunda böyük müharibə gedir: "Lakin günəş sülh enerjisidir. Bu zaman zaman öz təsdini tapacaq. Biz fəxr etməliyik ki, dünyada bu sahədə ilk sözünü deyən ölkələrdən biriyik".
Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə məlumat verib. V. Səfərli bildirib ki, bu müsabiqənin keçirilməsinin məqsədi Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfənin, ətraf mühitin qorunmasına müsbət təsirinin, iqtisadi baxımdan səmərəliliyinin ictimaiyyətin diqqətinə çatdırılması, bu sahədə mövcud vəziyyətinin araşdırılması, əsas prioritetlərin nəzərdən keçirilməsi və perspektiv imkanların təhlil edilməsindən ibarətdir. V. Səfərli qeyd edib ki, bu müsabiqəyə Fondun keçirdiyi digər müsabiqələrlə müqayisədə az yazı təqdim olunub: "Bu müsabiqəyə 29 yazı daxil olub. Müsabiqədə 18 KİV iştirak edib. Digər müsabiqələrlə müqayisədə bu müsabiqəyə az yazı daxil olub. Bunun səbəbi jurnalistlərin çoxunun bu sahədən məlumatlı olmaması ilə əlaqədardır.
V. Səfərli qeyd edib ki, müsabiqədə qalib olmuş yazıların müəlliflərinə bir birinci yer, iki ikici yer, üç üçüncü yerin qaliblərinə əsas, on yazı müəllifinə isə həvəsləndirici mükafat təqdim olunmasının nəzərdə tutulduğunu söyləyib: "Amma bu dəfə Akim müəllimin təşəbbüsü ilə müsabiqədə qalib olmayan jurnalistlər də mükafatlandırılacaq. Yəni bu müsabiqəyə yazı verən heç bir jurnalist kənarda qalmayacaq".
V. Səfərlinin çıxışından sonra qalib jurnalistlərə diplom və pul mükafatları təqdim olunub.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info