Xəzər Dəniz Gəmiçiliyi Həştərxanda daimi nümayəndəlik açıb
Tarix: 18.11.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyəti Həştərxanda daimi nümayəndəlik açıb. Vilayət qubernatorunun rəsmi saytından verilən məlumata görə, təntənəli mərasimdən sonra Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə şirkətin sədri Rauf Vəliyevin görüşü olub.
R.Vəliyevin sözlərinə görə, onun təmsil etdiyi şirkət bu regionla qarşılıqlı fəaliyyət üçün maksimum imkanları, o cümlədən “Lotos” xüsusi iqtisadi zonası ilə bağlı layihələrdə iştirak məsələlərini nəzərdən keçirəcək. Gəmiçiliyin həm limanlar arasında tranzit gediş-gəlişdə, həm də Xəzərin şimalında həyata keçirilən layihələrində iştirakının mümkünlüyü araşdırılacaq. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, regionun Azərbaycanla əlaqələri fəal inkişaf edir və bu məsələdə Prezident İlham Əliyevin böyük xidmətləri var. Qubernator bu əməkdaşlığın möhkəmlənməsində Azərbaycan diasporunun və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin xüsusi rolunu qeyd edib. Regionun rəhbəri vurğulayıb ki, Həştərxanda Azərbaycan biznesi üçün maraq doğura biləcək bir sıra başqa sahələr var. Xəzəryanı bazara istiqamətlənmiş “Lotos” azad iqtisadi zonası rezidentlərə müxtəlif güzəştlər təqdim edəcək. R.Vəliyev qeyd edib ki, Xəzər Dəniz Gəmiçiliyi bir sıra qarşılıqlı faydalı sahələrin inkişafına töhfə verə bilər. Məsələn, müəssisəyə məxsus gəmilərin bir hissəsi Həştərxanda yerləşdiyi üçün həmin gəmilərin elə orada təmir edilməsi ilə bağlı xidmətlərə ehtiyac olacaq. Aleksandr Jilkin və Rauf Vəliyev Olya limanı vasitəsilə bərə rabitəsinin inkişaf etdirilməsi planlarını da müzakirə ediblər. Regionun rəhbəri Bakı-Həştərxan aviareysinin bərpa oluna biləcəyini qeyd edib. Aleksandr Jilkin deyib: “Həştərxan vilayəti ilə Azərbaycan arasında münasibətlərin səviyyəsi nəzərə alınmaqla gələn il həmin reysin bərpa edilməsi ehtimalı var”. Qubernatorun sözlərinə görə, Həştərxanın turizm operatorları yeni marşrutu mənimsəməyə, turistləri Azərbaycan kurortlarında istirahətə göndərməyə hazırdırlar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info