“Tələbə Həftəsi”nə yekun vurulub
Tarix: 18.11.2015 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbələr Birliyinin (ATB) noyabrın 10-17-də elan etdiyi “Tələbə Həftəsi” çərçivəsində sonuncu tədbir Bakı Slavyan Universitetində keçirilib.
Birlikdən bildiriblər ki, tədbirdə ATB-in sədri Elvin Aslanov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan E.Hətəmov tələbələrin ölkənin ictimai həyatında fəal iştirakının vacibliyindən danışıb.
E.Aslanov layihə haqqında iştirakçılara məlumat verib. Cəmiyyətin hər zaman gənclərə arxalandığını deyən E.Aslanov onları ölkədə gedən prosesləri yaxından izləməyə dəvət edib. “Cəmiyyət hər zaman öz gənclərinə arxalanır, gənclərin ən aktiv hissəsi məhz tələbələrdir. Ona görə də tələbələr ölkəmizdə gedən prosesləri yaxından izləməlidirlər. Bizi istəməyən xarici qüvvələrin hücumlarına adekvat cavabı məhz tələbələr verməlidirlər. Biz bu gün Beynəlxalq Tələbələr Gününü qeyd edirik. Bu məqsədlə biz dünya ictimaiyyətinə, tələbə hərəkatına müraciət ünvanlayacağıq. Siz bu müraciətin Avropada və dünyada təhsil alan hər bir tələbəyə çatdırılmasında yardımçı olmalısınız” – deyə vurğulayıb.
N.Xələf isə gənclərimizin müxtəlif innovativ fikirlərlə çıxış etməli olduqlarını qeyd edib: “Avropanın bir hissəsi olan Azərbaycanın əsas qüvvəsi tələbələrdirsə, məhz bu inteqrasiyanı da tələbələr aparmalıdırlar. Bu gün hər biriniz facebook və twitter sosial şəbəkələrində aktiv olmalısınız. Siz ölkənin gələcək kadrlarısınız. Bu mənada hər biriniz indidən ictimai fəallıq nümayiş etdirməlisiniz”.
Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək tələbələrin uğurlarının arxasında dövlət gənclər siyasətinin dayandığını və bu siyasətin əsas hədəfinin gənclərə, daha dəqiq desək tələbələrə daha yaxşı təhsil və sosial şəraitin yaradılmasının olduğunu vurğulayıb: “Azərbaycan nəinki regionda, hətta MDB-də ən öndə gedən ölkələrdəndir. Prezidentimiz G20 sammitində xatirə lövhəsinə öz imzasını atmaqla adımızı tarixə yazdı. Bu həm də bizim imzamızdır. Ölkəmizin hərtərəfli inkişafını həzm edə bilməyən qüvvələr artıq ciddi şəkildə informasiya müharibəsinə başlayıblar. Bu mübarizədə ön sırada olmalısınız. Siz öz təhsilinizlə, innovativ biliklərinizin təkmilləşdirilməsi ilə dövlətimizə xidmət etməlisiniz”.
Tədbir maraqlı müzakirələrlə davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info