“Prezidentin Vergilər Nazirliyinə verdiyi tapşırıqlar tam həcmdə yerinə yetiriləcək”
Tarix: 18.11.2015 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Natiq Əmirov 2015-ci ilin oktyabr ayının 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında verilmiş tapşırıqların icra vəziyyəti və cari ilin 10 ayı ərzində vergi orqanları tərəfindən görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.
Bildirilib ki, ölkə başçısının qətiyyətlə həyata keçirdiyi dövlət quruculuğu prosesi 2015-ci ildə də uğurla davam etdirilib, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə olunub. 2015-ci ilin 10 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 970 milyon 247,0 manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,1 faiz əməl edilib. Təkcə ötən oktyabr ayında büdcəyə Vergilər Nazirliyinin xətti ilə 899 milyon 971 min manatdan artıq vəsait daxil olub. Vergi orqanlarında həyata keçirilən islahatlara toxunan N.Əmirov cari ildə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini, vergi daxilolmaları üzrə proqnozların uğurla icra olunduğunu bildirib.
Dövlət büdcəsinin gəlirləri üzrə müəyyən olunmuş proqnoz göstəricilərinin icrası ilə yanaşı, sahibkarlığın inkişafının, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu xatırladan N.Əmirov kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə münasibətdə vergi xidmətinin daha çox tərəfdaş kimi çıxış etməyə çalışdığını, bu qəbildən olan vergi ödəyicilərində aparılan yoxlamaların sayının minimuma endirilməsi üçün tədbirlər görüldüyünü vurğulayıb.
Ölkə başçısının Nazirlər Kabinetinin son iclasındakı çıxışı və orada verilmiş tapşırıqlara uyğun olaraq, Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə, illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxolmalarının və operativ nəzarət tədbirlərinin keçirilməsi (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla)dayandırılıb. Vergi ödəyicilərinə göstərilən xidmətlərin səmərəliliyinin artırılması, kiçik və orta sahibkarlara göstərilən ünvanlı xidmətlərin genişləndirilməsi, regionlarda çalışan sahibkarlara vergi öhdəliklərinin yerinə yetirilməsində hüquqi, texniki və əməli göstərilməsi, partnyorluq münasibətlərinin dərinləşdirilməsi, keçirilmiş səyyar vergi yoxlamaları və operativ nəzarət tədbirlərinin nəticələri üzrə aktların təhlil edilməsi, əsassız və nəticəsi olmayan yoxlamalarla bağlı müvafiq araşdırmaların aparılması və bu sahədə nöqsanlara yol vermiş vergi orqanı əməkdaşlarını məsuliyyət baxılması üçün müvafiq tədbirlər görülür.
Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi iqtisadi təhlillər aparılaraq, müvafiq dövlət orqanlarına konkret təkliflər verilib, Vergi Məcəlləsində müvafiq dəyişikliklər aparılması məsələsi Milli Məclisdə müzakirə olunaraq qəbul olunub, qanun imzalanmaq üçün ölkə başçısına təqdim edilib.
Vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyətinə toxunan N.Əmirov son vaxtlar ölkə vətəndaşlarının ictimai fəallığının xeyli artdığını, əvvəlki illərdən fərqli olaraq, onların nazirliyə və yerli vergi orqanlarına daha çox konkret məsələlər, o cümlədən, ayrı-ayrı vergi ödəyicilərinin vergidən yayınma halları barədə məlumat verməklə vergi orqanlarına köməklik göstərdiklərini də nəzərə çatdırıb.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin kifayət qədər çətin və mürəkkəb olduğunu qeyd edən nazirin birinci müavini bildirib ki, nazirliyin rəhbərliyinin mövqeyi belədir ki, cənab Prezidentin Vergilər Nazirliyinə verdiyi tapşırıqlar tam həcmdə yerinə yetiriləcək.
Sonda N.Əmirov vergi orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində, yüksək vergi mədəniyyətinin formalaşmasında və vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərini qınaq obyektinə çevirərək bu məsələləri daim diqqətdə saxlayan KİV nümayəndələrinin müsbət rolunu xüsusilə vurğulayaraq onlara Vergilər Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirib və KİV nümayəndələrinin sualları cavablandırılıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçirilib
24.05.2019
Mədəni turizmdə klasterləşməyə dair dəyirmi masa keçirilib
24.05.2019
Luiş Fiqu Bakıya gəlir: “Final möhtəşəm olacaq“ - VİDEO
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info