“S&P” Azərbaycan şirkətinə uzunmüddətli kredit reytinqi verib
Tarix: 14.02.2013 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


“Standard & Poor`s” kredit reytinqləri xidməti “Azərenerji” ASC dövlət elektrik enerjisi şirkətinə “BBB-” səviyyəsində uzunmüddətli və “A-3” səviyyəsində qısamüddətli kredit reytinqi verib. Reytinqlər üzrə proqnoz “stabil”dir. Bu barədə “Standard & Poor`s”in yaydığı məlumatda deyilir.
“Azerenerji” elektrik enerjisi şirkətinin vertikal birləşdirilmiş reytinqləri onun 100 faizlik sahibinin-Azərbaycan Respublikasının hökumətinin reytinqinə (BBB -/Sabit / A-3) bərabərləşdirilib. Şirkətin reytinqləri “Standard & Poor`s”in stress maliyyə vəziyyətində şirkət tərəfindən təcili dövlət dəstəyi almasının (dövlətlə bağlı olan təşkilatların reytinqlərin mənimsənməsinin meyarlarına uyğun olaraq) “praktiki olaraq sözsüz” ehtimalı haqqında fikrini əks etdirir. “Bundan başqa, reytinqlər bizim şirkətin şəxsi kreditödəmə qabiliyyətinin xarakteristikalarının (SACP) “b” səviyyəsində qiymətləndirilməsini nəzərə alır”- deyə məlumatda deyilir. Hökumətin “Azərenerji”yə sonrakı dəstək göstərməyə hazırlığı o faktla təsdiq edilir ki, keçmişdə dövlət artıq kapital qoyuluşları, onun borc öhdəlikləri üzrə zəmanətlər, aktivlərin ötürülməsi, aşağı faiz dərəcələri üzrə kreditlərin və başqa maliyyə dəstəyinin verilməsi formasında şirkətə maliyyə köməyi göstərib. “Yaxın iki il ərzində bizim baza ssenarimiz çərçivəsində “Azərenerji” maliyyə lingi yüksək səviyyədə saxlanacaq. Biz güman edirik ki, 2013-2015-ci illər üzrə 2,25 milyard manat (2,9 milyard dollar) həcmində planlaşdırılan investisiya proqramının maliyyələşdirilməsi çərçivəsində şirkət dövlət büdcəsindən birbaşa maliyyələşdirmə və kapital qoyuluşu formasında 2,13 milyon manata yaxın vəsait alacaq. “Sabit” proqnozu suveren kredit reytinqi proqnozunu, eləcə də bizim şirkətin reytiqinin gələcəkdə də “Azərenerji”yə təcili dövlət dəstəyinin “praktiki olaraq sözsüz” ehtimalı üzrə suveren reytinqi səviyyəsi ilə bərabərləşdiriləcəyi barədə gözləntilərimizi əks etdirir. Bundan başqa, proqnoz şirkətin hökumət üçün “son dərəcə vacib” statusunu qoruyub saxlayacağı və onun hökumətlə əlaqələrinin zəifləməyəcəyi ilə bağlı fikrimizi nəzərə alır” - deyə məlumatda deyilir.





 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info