Azərbaycanlı gənc Sankt-Peterburq Millətlər Evinin Gənclər Şurasının sədri seçilib
Tarix: 18.11.2015 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Sankt-Peterburq Millətlər Evinin Gənclər Şurasının iclası keçrilib. İclasda Şura üzvlərinin yekdil qərarı ilə Zakir Nəbizadə Şuranın sədri seçilib. Milliyətcə azərbaycanlı olan Z.Nəbizadə şəhərin ictimai həyatında fəaliyyəti ilə tanınmaqla yanaşı, 2010-cu ildən Sankt-Peterburqda Azərbaycan diasporunun Gənclik Qollarına rəhbərlik etməkdədir. Onun rəhbərliyi ilə şəhərdə minlərlə insanın toplandığı xeyriyyə konstertləri, irimiqyaslı müxtəlif xarakterli layihələr təşkil olunmaqdadır. Bundan əlavə Zakir Nəbizadə dünyanın müxtəlif ölkələrində yaşayan, fəal gənclərimizi vahid amalda birləşdirən Azərbaycan Beynəlxalq Alyansı adlı gənclər platformasının həmtəsisçilərindəndir. Qeyd edək ki, Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyət Şurasının nəzdində fəaliyyət göstərən Azərbaycanlı Gənclər Birliyi özündə gənclərin intellektual və fiziki istiqamətlərinin inkişafı bölmələri ilə fəaliyyət göstərir. Belə ki, əsas məqsədi yerli azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası ilə yanaşı, Birlik Sankt-Peterburqda 2011-ci ildə döyüş idman bölməsi və 2012-cil ildən isə Azərbaycan tarixi üzrə mühazirələr dərslərinə başlayıb. Bundan əlavə “Bazar günü” məktəbləri diasporun inkişafında mühüm ol oynamaqda və burada əsasən azərbaycandili və mədəniyyətimizin əsasları dərsləri keçirilməkdədir. Son olaraq xüsusi qeyd etmək istərdik ki, Sankt-Peterburq Millətlər Evinin Gənclər Şurasının nəzdində fəaliyyət göstərən Gənclər Məclisində şəhərdə yaşayan bir çox xalqların fəal gəncləri təmsil olunmaqdadır. Bu da özlüyündə Azərbaycan həqiqətlərinin və mədəniyyətinin digər xalqlara da təbliğ olunmasında unikal platformalardan sayılır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info