Litva bələdiyyələrinin nümayəndələri Binəqədi rayonunda olublar
Tarix: 18.11.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının dəvəti ilə Litva Respublikasının yerli özünüidarəetmə orqanlarını təmsil edən nümayəndə heyəti Azərbaycanda səfərdədir. 16-19 noyabr tarixlərində ölkəmizdə səfərdə olan Litva Respublikasının nümayəndə heyəti noyabrın 16-da Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişlər. Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının sədrləri Hümbət Hüseynov və Əli Mehdiyevin iştirakı ilə litvalı qonaqlar Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Sonra onlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olmuş, onlara Mərkəz haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, dünya memarlığının nadir incilərindən sayılan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəzdə rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Məlumat verilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilən Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır.
Daha sonra Litva Respublikasının yerli özünüidarəetmə orqanlarını təmsil edən nümayəndə heyəti Binəqədi rayonunda olmuş, qonaqlarla Biləcəri Bələdiyyəsində geniş görüş keçirilmişdir.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə. Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyev, Litva Respublikasından isə Litva Yerli Hakimiyyətlər Assosasiyasının prezidenti, Druskininkay Bələdiyyəsinin sədri Riçard Malinauskas, Trakay Bələdiyyəsinin sədri Edita Rudeline, Birştonas Bələdiyyəsinin sədri Niyole Dirginçene, Akmyane Diyar Bələdiyyəsinin sədri Vitaliyus Mitrofanovas, Pasvalys Diyar Bələdiyyəsinin sədri Gintautas Geguzinskas, Litva Yerli Hakimiyyətlər Assosiasiyasının direktoru Roma Jakaytene, Litva Yerli Hakimiyyətlər Assosiasiyasının məsləhətçisi İeva Andrevayte iştirak etmişlər.
Görüşdə bələdiyyə sədrləri qonaqlara rayonda gedən abadlıq-quruculuq işləri çərçivəsində hər bir bələdiyyənin ərazisində görülən işlər, sakinlərin istirahətinin səmərəli təşkili üçün yaradılan şərait, “Açıq qapı” günləri barədə müfəssəl məlumat vermişlər. Binəqədi rayon bələdiyyələrinin hər biri ilə ayrı-ayrılıqda Litva bələdiyyə nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi aparılmış, təcrübələrin bölüşülməsi, həmçinin, qardaş bələdiyyə formatında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Öz növbəsində Litva bələdiyyələrinin nümayəndələri yerli hakimiyyət olaraq, həyata keçirdikləri tədbirlərdən danışmış, Binəqədi rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə etmiş, Binəqədi bələdiyyələri ilə əlaqələrin möhkəmləndirilməsini vurğulamışlar.
Görüşün sonunda Binəqədi rayonu bələdiyyələri adından litvalı qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info