“İşğalla dəyən zərərin qiymətləndirilməsi ölkəmizin mövqeyini gücləndirir”
Tarix: 18.11.2015 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


“Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zərərin qiymətləndirilməsi ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda mövqeyini xeyli gücləndirir”. Bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupunun hesabatının təqdimatı zaman deyib.
E.Paşayev bildirib ki, bu cür qiymətləndirmənin aparılması və ortaya tutarlı faktların qoyulması eyni zamanda, ölkəmizin beynəlxalq qurumlarda da arqumentlərini gücləndirir, konkret faktlarla və sənədlərlə çıxış etməyə imkan verir.
E.Paşayev bildirib ki, bu faktlar həmçinin Azərbaycanın dövlət məmurlarının və QHT nümayəndələrinin ölkəmizin haqlı mövqeyinin daha etibarlı müdafiə etməsinə şərait yaradır.
Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ümumi maddi zərər məbləği 818,88 milyard ABŞ dolları təşkil edir.
PA rəsmisi medianı da bu işdə fəal olmasının, hesabatda qeyd olunan faktları daha geniş işıqlandırmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu faktlar dünya ictimaiyyətinin də diqqətinə çatdırılmalıdır ki, onların da bu barədə düzgün məlumatları olsun.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info