“Karvan” Samuxda maarifləndirici tədbir keçirib
Tarix: 18.11.2015 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Birliyin sədri Nizami Əhmədovun verdiyi məlumata görə, növbəti tədbir Samux rayonunun Qarayeri qəsəbəsində keçirilib.
Tədbiri giriş sözü ilə N. Əhmədov açaraq iştirakçılara layihənin məqsədi və donoru haqqında məlumat verib. Tədbirdə təlimçi Samirə Ələkbərova, 2 saylı tam orta məktəbin direktoru Lütviyyə Əliyeva, məktəbin tarix və hərbi hazırlıq müəllimləri, şagirdlər və təhsil şöbəsinin nümayəndələri iştirak ediblər. Təlimçiləri Samirə Ələkbərova tədbir iştirakçılarına yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun tərbiyələnməsi, gənclərin sağlam həyat tərzinə alışdırılması, hərbi-vətənpərvərlik ruhunun artırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılması haqqında ətraflı məlumat veriblər. S.Ələkbərova yeniyetmə və gənclərə hərbi-vətənpərvərlik, sağlam həyat tərzi üzrə təlimlər keçib. Bundan başqa, iştirakçılar xalqımızın milli-mənəvi dəyərləri, keçmiş hərbi – vətənpərvərlik ənənələri, xalqımızın hərb tarixi haqqında biliklər verilib. Bundan başqa, iştirakçılar xalqımızın vətənpərvərlik tarixi, torpaqlarımızın bütövlüyü uğrunda gedən tarixi döyüşlər, Milli qəhrəmanlar və şəhidlər haqqında məlumatlandırılıblar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info