Müharibə əlilləri və onlara bərabər şəxslərə avtomobillər verildi
Tarix: 18.11.2015 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Son üç ay ərzində artıq 400 nəfər imtiyazlı şəxsə nazirlik tərəfindən
minik avtomobili verilib


Prezident İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə diqqət və qayğısı həmin insanların minik avtomobilləri ilə təminatında da mühüm addımların atılmasına şərait yaradıb. Bu sahədə tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 95 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri verilib.
Onlardan 47 nəfəri Qarabağ müharibəsi, 15 nəfəri Böyük Vətən müharibəsi, 1 nəfəri 20 Yanvar, 10 nəfəri Çernobıl AES əlili, 22 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır. Avtomobillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları nəticəsində hələ ötən il ərzində 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatının başa çatdırıldığını vurğulayıb: “Hətta keçən il 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təmin olunmasına başlanıldı və onlardan da 67 nəfərinə minik avtomobili verildi. Son üç ay ərzində isə artıq 400 nəfər müvafiq şəxsə minik avtomobili təqdim olunub”.
Nazir müavini bildirib ki, indiyə qədər ölkəmizdə dövlət tərəfindən avtomobil verilmiş 5750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsin 33,6 faizi, yəni 1933 nəfəri məhz keçən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib. Əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi ilə bağlı digər sahələrdə də görülən məqsədyönlü işləri qeyd edən İ.Rəhimov bu işlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, ayrı-ayrı əlil ictimai təşkilatlarının rəhbərləri ölkəmizdə əlilliyi olan insanların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin Azərbaycanın sosial dövlət statusunun, ölkə rəhbəri tərəfindən aparılan sosial yönümlü siyasətin əyani təzahürü olduğunu ifadə ediblər.
Minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ölkəmizin dinamik inkişafı şəraitində bütün sosial proqramların, o cümlədən onların təminatının gücləndirilməsinə yönələn tədbirlərin uğurla davam etdirilməsindən razılıqla bəhs ediblər. Çıxış edənlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını vurğulayıblar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
ƏƏSMN: Son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info