Ümumtəhsil müəssisələri müəllimləri üçün seminar keçirilir
Tarix: 18.11.2015 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun diqqət və qayğısı ilə muxtar respublikanın istər ümumtəhsil məktəbləri, istərsə də peşə, orta ixtisas və ali təhsil müəssisələrində müasir tədris şəraiti yaradılmışdır. Şagirdlərdə dəqiq elmlərə olan marağı artırmaq üçün ümumtəhsil müəssisələrində kimya, fizika, biologiya laboratoriyaları da fəaliyyət göstərir. Yaradılan şəraitdən düzgün istifadə etmək məqsədilə şagirdlərimizə həmin fənləri tədris edən orta məktəb müəllimləri üçün mütəmadi olaraq seminarların keçirilməsi, müəllimlərin bilik və təcrübələrinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, təhsil proqramlarına uyğun ixtisas və elmi-pedaqoji səviyyələrinin yüksəldilməsi, laboratoriyalardan düzgün istifadəyə şərait yaradır.
Elə bu məqsədlə, noyabr ayının 16-da Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində çalışan biologiya, kimya və fizika müəllimləri üçün həftə sonuna qədər davam edəcək seminar öz işinə başlayıb.
Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti zəngin tarixi inkişaf yolu keçən, çoxillik ənənənlərə söykənən, yüksək ixtisaslı mütəxəsisslər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. Rektor, keçirilən seminarların müəllimlərin biliklərinin təkmilləşdirilməsi baxımından böyük rolu olacağını, birgə seminar və kursların bundan sonra da davam etdiriləcəyini bildirib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək vurğulayıb ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəblərin tədris imkanlarının müasir tələblərə uyğunlaşdırılması, onların yüksək maddi-texniki baza və ən müasir informasiya kommunikasiya texnologiyaları ilə təchiz olunması və eyni zamanda müəllimlərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, onların əməkhaqlarının artırılması muxtar respublikada təhsilə göstərilən qayğının bariz nümunəsidir. Nazir, ölkəmizin gələcəyi olan gənclərin, dövlətçiliyimizə sədaqət ruhunda böyümələri, yaxşı təhsil alaraq ölkəmizə və xalqımıza layiqli vətəndaş kimi yetişmələri üçün müəllimlərin üzərinə düşən böyük öhdəlikdən danışıb. Vurğulanıb ki, ümumtəhsil məktəblərində kimya, biologiya, fizika laborato¬riyalarında müasir tədris və təcrübə avadanlıqlarının qoyulması, şagirdlərin dəqiq elmlərə olan marağını artırır. Bu laboratoriyalardan düzgün istifadə isə həmin fənləri tədris edən müəllimlərdən asılıdır. Nazir həmçinin Texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin də yaradıldığını nəzərə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxış edərək, hər il keçirilməsi ənənə halını almış seminarların müəllimlərin nəzəri biliklərinin artırılmasına xidmət ediyini, ali və orta ümumtəhsil məktəb müəlimləri arasında elmi mubadilə baxımından faydalı olduğunu bildirib. Seyid Surə seminarın qrafikini və mühazirə mövzularını dinləyicilərə təqdim edib, seminarla bağlı tövsiyələrini verib.
Sonra seminarın ilk dərsi öz işinə başlayıb. İlk öncə müəllimlər Naxçıvan Dövlət Universitetinin fizika, kimya və biologiya laboratoriyalarında əyani tədris vasitələri və elektron təcrübə avadanlıqları ilə tanış olublar.
Qeyd edək ki, həftə sonuna qədər davam edəcək seminarda biologiya, kimya və fizika müəllimləri üçün “Biologiya dərslərində Zərdabi irsindən istifadə”, “Biologiyanın tədrisində əsas tərbiyəvi amillər- tədrisin tərbiyəvi əhəmiyyəti”, “Şagirdlərdə torpağa, ətraf mühitə məhəbbət hisslərinin aşılanması”, “Kimyanın tədrisi prosesində şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılması”, “Kimyanın tədrisi prosesində fəndaxili və fənlərarası əlaqənin əhəmiyyəti”, “Ağırlıq qüvvəsinin təsiri altında hərəkət”, “Bucaq altında atılmış cismin hərəkəti”, “Arximed qüvvəsi. Üzmə şərtləri” və digər mövzular keçiriləcək.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info