Müştərək elmi konfrans keçirilib
Tarix: 18.11.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dözvlət xidməti ilə birlikdə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda elmi-nəzəri konfrans keçirib. Konfransı fakültə dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İbrahim Rüstəmov açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının pedaqoji kadr hazırlığı baxımından əhəmiyyətindən, sərəncamın icrası məqsədilə keçirilən müştərək tədbirlərin əməkdaşlığı möhkəmləndirmək, tələbələrə öz ixtisaslarıni sevdirmək, onlarda təcrübi biliklər aşılamaq baxımından əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dözvlət xidmətinin əməkdaşı, mayor Məftun Xəlilov “Azərbaycan ordusunda xidmət etmək hər bir gəncin şərəfli borcudur” mövzulu məruzəsində Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağrılması haqqında mövcud qanunvericilikdən bəhs edərək qeyd edib ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Məruzədə müddətli və müddətdən artıq həqiqi hərbi xidmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının, gizir və miçmanların, zabitlərin həqiqi hərbi xidmətləri haqqında ətraflı məlumat verilib. Məruzəçi vurğulayıb ki, ordu quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları uğurla davam etdirilir, Azərbaycan Respublikasının müdafiə siyasəti ölkənin hərbi və digər maraqlarının təmin edilməsinə yönəldilib. Mayor Məftun Xəlilov təmsil etdiyi təşkilatın sözügedən sərəncamın icrası məqsədilə keçirəcəyi tədbirlər, görüləcək işlər barədə də danışıb. Konfransda Pedaqogika və psixologiya kafedrasının dosenti, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovun “Ali təhsil sistemində Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının əhəmiyyəti” , Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrası baş müəllimi Cavanşir Zeynallının “Müasir şəraitdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda məruzələri dinlənilib. Qeyd olunub ki, gənclərin vətənpərvər ruhda yetişməsində, hərb tariximizin, milli ideologiyanın təbliğində bu sahədə peşəkar mütəxəssislər hazirlayan Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının mühüm rolu var.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info