“Karvan” qalib gəlib
Tarix: 18.11.2015 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin Şən və Hazırcavablar Klubları arasında müsabiqə keçirilib. 10-17 noyabr Beynəlxalq tələbə gənclər həftəsi münasibətilə keçirilən müsabiqədə müxtəlif komandalar yarışıb. Ard-arda səhnəni paylaşan komandalar hazırladıqları yumoristik səhnəciklər, maraqlı musiqi nömrələri və parodiyalarla cəmiyyətdəki nöqsan və çatışmazlıqlara, sosial problemlərə qarşı tənqidi münasibət bildiriblər. Tələbə gəncliyin dünyada və ölkədə baş verən ictimai-siyasi proseslərə, bəşəriyyəti düşündürən qlobal problemlərə obyektiv, tənqidi münasibəti, maraq dairələri və düşüncə səviyyələri, fəal vətəndaşlıq mövqeyi onlarda milli ideologiyanın, vətənpərvərlik ruhunun, ali insani hisslərin formalaşdığını təsdiqləyib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarından ibarət münsiflər heyəti gərgin sənət yarışını obyektiv qiymətləndirib. Münsiflər heyətinin yekdil qərarı ilə Naxçıvan Dövlət Universitetinin “Karvan” komandası yarışın qalibi olub. Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası ikinci, Naxçıvan Tibb Kollecinin “Loğman” komandası isə üçüncü yerə layiq görülüb. “Karvan” komandası iştirakçıların səhnə mədəniyyəti və peşəkarlığı, hazırcavablığı, parodiya qabiliyyəti və ifaçılıq səriştəsi, janrın tələblərinə daha dolğun riayət etməklə yarışdakı digər komandalardan seçilib, qalibiyyət qazanıb. Müsabiqəni yekun tədbirində qaliblər təşkilatçıların kubokları, diplom və fəxri fərmanalrı ilə təltif olunub. Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin 1999-cu ildə yaradılan “Karvan” Şən və Hazırcavablar Komandası indiyədək 6 dəfə muxtar respublika üzrə çempionatın qalibi olub, 2000, 2002-ci illərdə isə Azərbaycan çempionatının mükafatçıları sırasında yer alıb. Komanda Türkiyə Cümhuriyyətində keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə, festivallarda da iştirak edib. “Karvan” müəyyən fasilələrdən sonra öz fəaliyyətini yenidən canlandırıb. Komandanın kapitanı universitetin Aktyorluq sənəti ixtisası üzrə I kurs tələbəsi, artıq aktyorluq qabiliyyəti ilə seçilən, sənətdə ilk əhəmiyyətli uğurlara imza atan Səyyad Məmmədovdur. Komanda üzvlərindən Aktyorluq sənəti ixtisasının III kurs tələbələri Cəlil Cavadov, Elmi Hüseynov, həmin ixtisasın I kurs tələbələri Mehri Nəbiyeva və Rauf Gülməmmədovun istedadları, sənət olan sevgi və maraqları bu komandanın gələcəkdə də sənət uğurları qazanacağından soraq verir.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri







 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info