Naxçıvan Sement Zavodunun istehsal gücü artırılıb
Tarix: 18.11.2015 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında uğurla fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Sement Zavodunun istehsal gücü artırılıb. Zavodun gündəlik istehsal gücü 800 tondan 1300 tona çatdırılıb.
Daxili və xarici bazarda “Naxçıvan sement”ə artan tələbatın ödənilməsi məqsədilə zavodda yeni bir layihənin həyata keçirilməsi zərurəti yaranıb və ötən il istehsal xəttində klinker (hazır məhsul) çənləri ilə üyütmə bölməsi arasında yeni bölmənin yaradılmasına başlanılıb. Layihəyə uyğun olaraq, zavodda yeni bölmə üçün bina inşa olunub. Dünyada sement zavodları qurmaq sahəsində qabaqcıl təcrübəyə malik Almaniyanın “KHO”, “Polysims”, Danimarkanın “Flsm.dth” firmalarını soba, daşqırıcılar və üyüdücülərlə təmin edən Çin Xalq Respublikasının “Jiangsu Pengfei Group Co.LTD” şirkətindən müasir texnoloji avadanlıqlar alınıb, həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılıb. Yeni bölmənin istifadəyə verilməsi istehsal prosesinin daha da təkmilləşdirilməsinə səbəb olub, klinkerlərin daha kiçik formada parçalanmasına və üyütmə prosesinə müsbət təsir göstərib, yeni çeşiddə sement istehsalına və zavodun istehsal gücünün artmasına əlverişli şərait yaradıb.
İstehsal edilən sementin keyfiyyəti standartlara uyğundur. Artıq sement məhsulu ölkəmizin müxtəlif regionlarına, eləcə də Türkiyəyə və Gürcüstana göndərilir.
Çin və Türkiyə istehsalı olan ən müasir avadanlıqların quraşdırıldığı ağır sənaye müəssisəsində 18 əsas istehsal bölməsi mövcuddur. Bütün xammal növləri muxtar respublikanın yataqlarından əldə olunur. Əsas xammal olan əhəngdaşı, mergel və köməkçi xammallar – dəmirli gil Kəngərli rayonunun Çalxanqala, kvars Şərur rayonunun Gümüşlü, gips isə Babək rayonunun Nehrəm kəndləri yaxınlığındakı yataqlardan çıxarılır.
Zavodda sement müasir quru üsulu ilə istehsal edilir. Region ölkələrində bu üsulla sement istehsal edən çox az müəssisə var. Quru üsulla sement istehsalı zavodun yanacaq sərfini minimuma endirir.
İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə texnoloji proseslərə ciddi əməl edilir. Blok şəklində müəssisəyə daxil olan xammal müxtəlif mərhələlərdən keçməklə kiçik ölçülərdə doğranıb qarışıqlarla birlikdə 1400-1600 dərəcə istilikdə bişirilir. Hazır məhsul sonrakı mərhələdə üyüdülüb 50 kiloqramlıq kisələrdə qablaşdırılaraq “Naxçıvan sement” əmtəə nişanı ilə satışa çıxarılır. Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülüb. Bu keyfiyyət nişanı məhsulun Avropa tələblərinə uyğunluğunun göstəricisidir.
Yeri gəlmişkən bildirək ki, keyfiyyət nişanı Avropa İttifaqında akkreditasiyadan keçmiş Türk Standartlar İnstitutunun mütəxəssisləri tərəfindən istehsal prosesindəki avadanlıqlar, keyfiyyətə nəzarət cihazları, istehsal prosesində əməyin və ətraf mühitin mühafizəsi nəzərə alınaraq qiymətləndirilib. Eyni zamanda Türk Standartlar İnstitutu tərəfindən keyfiyyətin yoxlanılmasında istifadə edilən bütün ölçü cihazlarının və avadanlıqların da kalibrlənməsi aparılıb. Avropa tələblərinə uyğunluğun göstəricisi olan bu keyfiyyət nişanının verildiyi hər bir müəssisənin məhsulu Türk Standartlar İnstitutu tərəfindən 6 aydan bir həmin institutun tikinti materialları laboratoriyasında kimyəvi və fiziki keyfiyyət göstəriciləri baxımından yoxlanılır.
Zavodda istehsal xəttinə daxil olan xammalın, qatqı maddələrinin, istehsal olunan məhsulun keyfiyyətinə nəzarət müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilir. Burada quraşdırılan avadanlıqlarla istehsalat xəttindən saatda bir dəfə nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Bu analizlərin nəticəsi həm istehlakçıya verilir, həm də zavodun arxivində saxlanılır. Hər iki aydan bir məhsulun laborator analizləri Türkiyə Respublikasında həyata keçirilirdisə, yeni avadanlıqların quraşdırılmasından sonra bu problem aradan qaldırılıb. Laboratoriyada 2013-cü ilin avqust ayında Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb, mikroskopik analizlərin zavodda fəaliyyət göstərən laboratoriyada aparılması təmin edilib.
Zavodun ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi üçün də bütün vacib tədbirlər həyata keçirilib. Bunun üçün burada dünya standartlarına uyğun avadanlıqlar quraşdırılıb.
İstehsal müəssisəsi əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Zavoddakı işçilərin əksəriyyəti muxtar respublika sakini olan gənclərdir. Burada çalışanlar üçün normal iş şəraiti yaradılıb, onlar yüksək əməkhaqqı, xüsusi geyim formaları ilə təmin olunublar.
Zavodun ətrafında geniş yaşıllaşdırma tədbirləri həyata keçirilib. Bu məqsədlə 12 hektarlıq əraziyə 20 minə yaxın ağac əkilib, abadlaşdırma işləri aparılıb.
Qeyd edək ki, muxtar respublikada son 20 ilin ən böyük layihələrindən olan zavodun inşası “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının təcrübəli mütəxəssisləri və inşaatçıları tərəfindən Kəngərli rayonunda 150,6 hektarlıq ərazidə 2012-ci ildə tikilərək istifadəyə verilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info