“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ispan dilində
Tarix: 18.11.2015 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ispan dilində çap olunub. Kitab 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən tərcümə və nəşr edilmişdir. Kitabın Latın Amerikası ölkələrində yayılması nəzərdə tutulmuşdur. «HISTORIA REAL y la confabulacion sobre la “Gran Armenia”» adlı kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, tərcüməçisi isə Fernanda Ospinadır. Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxmışlar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmamışdır. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulmuşdur. Əsərin birinci bölməsi "Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər" adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma "Erməni yaylası" ("Armyanskoye naqorye") coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt "Böyük Ermənistan" adlı dövlətin olmadığının isbatına həsr olunub. “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı bundan əvvəl ingilis və rus dillərində də nəşr olunub, xarici ölkələrdə yayılıb. “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabından başqa, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və soyqırımları tarixinə həsr olunmuş digər əsərlərin də yaxın zamanlarda ispan dilində nəşr olunması və Latın Amerikası ölkələrinin oxucularına çatdırılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info