Püşkatmada səbətlərdə yer alan komandalar
Tarix: 19.11.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Futbol üzrə “Avro-2016”-nın final mərhələsinin püşkatma mərasimi üçün səbətlərdə yer alan komandalar bəlli olub. 23 iştirakçı komanda səbətlərə “Avro-2012”, 2014-cü il Dünya Çempionatı seçmə mərhələləri və UEFA-nın oktyabrda açıqladığı yığmaların reytinqi əsasında bölünüb.
Belə ki, yığmalar dörd səbətdə müəyyənləşəcək. Qitənin son çempionu İspaniya daxil olmaqla beş komanda birinci səbətdə, 2, 3 və 4-cü səbətlərdə altı komanda olacaq. Çempionatın final mərhələsinin ev sahibi olan Fransa təşkilatçı ölkə kimi “A” qrupunda birinci mövqeni tutacaq və püşkatmaya qatılmayacaq. Bütövlükdə, püşkatma zamanı dörd səbətdən altı qrup təşkil ediləcək. 2016-cı il iyunun 10-dan 22-dək keçiriləcək qrup mərhələsinin yekununda qruplarda ilk iki yerdə qərarlaşan komandalar, eləcə də üçüncü yerin sahibləri arasında dörd ən güclü milli play-off-a vəsiqə qazanacaq. İyunun 25-27-də 1/8, iyunun 30-dan iyulun 3-dək 1/4 final, iyulun 6-7-də yarımfinal görüşləri təşkil olunacaq. Final matçı isə iyulun 10-da oynanılacaq. Qeyd edək ki, Avropa çempionatının püşkatma mərasimi dekabrın 12-də Parisdə təşkil olunacaq:
1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info