“İran qazının TANAP və TAP vasitəsilə ixracı ilə bağlı məsələ müzakirə edilir”
Tarix: 19.11.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


İran dünya mavi yanacaq bazarının əsas oyunçularından birinə çevrilmək istəyir. “Qazeta.ru” saytı xəbər verir ki, İranın neft və qaz nazirinin müavini Hüseyn Əmir Zamani qeyd edib ki, onsuz da İran dünya bazarında lider mövqelərə sahibdir, amma Tehranın məqsədi əsas oyunçulardan birinə çevrilməkdir. Onun sözlərinə görə, İran 2020-ci ilə qədər qaz istehsalını 0,5 trilyon kubmetr artırmağı hədəfləyir. İranın qaz ehtiyatının 33 trilyon kubmetr olduğu proqnozlaşdırılır.
BP hesab edir ki, İranda dünya qaz ehtiyatının 17-18 faizi cəmləşib. İranlı rəsmi bildirib ki, ölkəsi 2020-ci ilə qədər qaz istehsalını gündəlik 1,3 milyard kubmetrə, illik isə 474,5 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bu, hazırda olan istehsaldan (illik 173 milyard kubmetr) təxminən 3 dəfə çoxdur. Rusiyanın qax ixracı hüququna sahib olan yeganə şirkəti “Qazprom” bu il üçün 427 milyard kubmetr qaz istehsal etməyi planlaşdırır. “The Wall Street Journal” yazır ki, Tehranla danışıqlar aparan Avropa Komissiyasına görə, 2030-cu ilə qədər İran Avropaya 25-35 milyard kubmetr qaz ixrac edə bilər. Artıq aparıcı Avropa dövlətləri bu məsələ ilə bağlı Avropa Komissiyası ilə danışıqlar aparırlar. Avropa şirkətləri İranın neft-qaz sənayesinə investisiya yatırmağa hazırlaşır və bu məsələdə onları Çin və ABŞ kimi dövlətlərlə rəqabət gözləyir. “East European Gas Analysis”in rəhbəri Mixail Korçemkin bildirib ki, Ukrayna məsələsinə görə Avropa ilə Rusiya arasında qazla bağlı tez-tez problemlər yaranır. Baxmayaraq ki, “Qazprom” öhdəliklərə tam şəkildə əməl etdiyini bildirir. Amma Avropanın yeni mənbələrə can atması İranın maraqlarına uyğundur: “İran qazının Avropaya mümkün ixracı üçün ən münasib istiqamət Türkiyədir. Hazırda həmin qazın TANAP və TAP vasitəsilə ixracı ilə bağlı məsələ müzakirə edilir. Sıxılmış şəkildə İspaniya vasitəsilə ixrac imkanları da nəzərdən keçirilir”. Hazırda İranda illik gücü 10 milyon ton olan sıxılmış qaz istehsalı zavodu inşa edilir. Rusiya enerji naziri Aleksandr Novak hesab edir ki, İranın Avropanın qaz bazarına qayıtması Rusiyaya zərər vurmayacaq. Novak bildirib ki, “Qazprom” qaz məsələsi ilə bağlı Tehrana bəzi təkliflər təqdim edib. Amma Novak təkliflərin detallarını açıqlamayıb. Ekspert Konstantin Simonov yaxın perspektiv üçün İran qazına böyük ümid bəsləməyi doğru hesab etmir. Onun fikrincə, dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşdüyü bir vaxtda şirkətlərin İranın neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırması gözlənilmir. Yeni sərmayə və texnologiyalar olmadan neft-qaz istehsalını artırmaq mümkün olmayacaq. Ekspert iranlı rəsminin 2020-ci illə bağlı səsləndirdiyi proqnozların reallaşacağına inanmadığını bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info