Azərbaycan-Rusiya Universitetlərarası Forumu keçirilir
Tarix: 19.11.2015 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Bu gün ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu başlayıb.
Foruma Azərbaycanda və Rusiyada fəaliyyət göstərən universitetlərin rektorları və digər rəsmi şəxslər qatılıblar.
Forumu giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, rektoru olduğu universitet regionda ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. H. Paşayev rusiyalı qonaqlara ADA Universiteti haqda ətraflı məlumat verib.
Rektor qeyd edib ki, hazırda ADA Universiteti üçün iki yeni binanın tikintisi davam edir. H. Paşayev qeyd edib ki, forum çərçivəsində Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının yaradılması barədə memorandum imzalanacaq.
Daha sonra Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin Azərbaycan-Rusiya universitetlərarası münasibətlər haqda çıxış ediblər. Rektorlar çıxışlarında iki ölkə universitetləri arasında yaxşı əlaqələrin olduğunu bildiriblər.
Qeyd edək ki, sabah Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının yaradılması barədə memorandum Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Rusiyanın elm və təhsil naziri Dmitri Livanov tərəfindən imzalanacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21.02.2019
Azərbaycanda yeni zəli növləri aşkar edilib
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info