“İŞİD”ə qoşulmaq istəyən azərbaycanlını Rusiya FTX-sı yaxalayıb
Tarix: 19.11.2015 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsi “İŞİD” sıralarına qoşulmaq istəyən azərbaycanlı gəncin yaxalandığı barədə məlumat yayıb.
FTX-nın yaydığı məlumatda “İŞİD” sıralarına qoşulmaq niyyətində olan İvanov vilayətinin iki sakininin saxlanıldığı bildirilir. Onlardan birinin azərbaycanlı olduğu qeyd olunub.
FTX tərəfindən yaxalanan azərbaycanlı barədə ivanovonews.ru saytı da məlumat yayıb. Saytda şərti adı "Əli" kimi qeyd olunan azərbaycanlı gəncin İvanovo şəhərində yerləşən kolleclərdən birinin tələbəsi olduğu bildirilib. Dini-ekstremist baxışları olan soydaşımız Suriyaya gedərək qanunsuz silahlı qruplaşmalar tərkibində iştirak etməyi planlaşdırırmış. Onun "Vkontakte" sosial şəbəkəsində tanışları ilə Suriyada baş verən hadisələr, ölkənin mücahidlər tərəfindən ələ keçirilməsi barədə yazışmalarda müzakirələr apardığı məlum olub. Həmin yazışmalarda azərbaycanlı gəncin “İŞİD” terror təşkilatına münasibətinin müsbət olduğu müəyyən olunub.
"Əli" yoldaşları ilə yazışmalarında 2015-ci ilin aprelində Suriyaya getməyi planlaşdırdığını bildirib. Bu fikrin azərbaycanlı gəncdə internetdə Suriya ərazisindəki vəziyyətə və İslam dini haqqında materialları müntəzəm olaraq izlədikdən sonra meydana gəldiyi qeyd olunub. O, hətta "VK" sosial şəbəkəsində öz qrupunu da yaradıb. Həmin qrupa dini materiallar yerləşdirib. Daha sonra həmin qrupa digər regionlardan onunla həmfikir olan daha iki nəfər qoşulub. Qrupda ekstremist və terrorçu xarakterli videomateriallar yerləşdirilib.
Hüquq-mühafizə orqanlarına ifadə verən azərbaycanlı gənc bu mövzu ilə maraqlandığından peşman olduğunu deyərək, təcrübəsiz, hər şeyə inanan və gənc yaşda olduğunu bildirib. Hazırda azərbaycanlı gəncin kollecdə təhsilini davam etdirdiyi qeyd olunub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsinin rəsmi xəbərdarlığından sonra valideynləri tərəfindən azərbaycanlı gəncin üzərinə ciddi nəzarət qoyulub. Onun hansı saytlara girdiyi, kimlərlə söhbət etdiyinə ciddi nəzarət olunur.
FTX İvanov vilayətinin “İŞİD”ə qoşulmaq istəyən digər sakinini isə "Domodedovo" aeroportundan Qətərə uçmaq istəyərkən saxlayıb. Onun İslamı qəbul etmiş, İvanovoda yerləşən ali məktəb tələbəsi olduğu bildirilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info