Sığorta bazarı 6,5% artıb
Tarix: 19.11.2015 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 378,9 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 6,5% çoxdur.
10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 140 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-oktyabr aylarında 36,9 manat olub.

Həyat sığortası bazarında yığım 16%, ödəniş 40% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26%-i və yaxud 98,5 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16% böyüyüb.
Həyat sığortasındakı yığımların 58,6%-i və yaxud 57,7 milyon manatı həyatın yaşam sığortasının, 28,4%-i və yaxud 28 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,6%-i və yaxud 11,4 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1%-i və ya 1 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3%-i və ya 362 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
10 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 35,6 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 25,4%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 39,5% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 89%-i və yaxud 31,7 milyon manatı həyatın yaşam sığortasının, 5,5%-i və yaxud 1,95 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə 5,5%-i və yaxud 1,95 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin yanvar-oktyabr aylarında bu rəqəm 30,1 manat olub.

Qeyri-həyat sığortası bazarında yığım 3,5% artıb, ödəniş 1,4% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 280,4 milyon manatı və ya 74%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 3,5% böyüyüb.
Qeyri-həyat sığortası üzrə yığımların 23,1%-i və ya 64,9 milyon manatı avtomobillərin icbari sığortasının, 21,6%-i və ya 60,7 milyon manatı tibbi sığortanın, 10,1%-i və ya 28,2 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,8%-i və ya 24,7 milyon manatı kasko sığortasının, 8,2%-i və ya 22,9 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 28,2%-i və ya 79 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
10 ay ərzində sığorta ödənişlərinin 74,6%-ni və ya 104,4 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 41,8 milyon manatı tibbi sığortanın, 26%-i və ya 27,2 milyon manatı avtomobillərin icbari sığortasının, 19,5%-i və ya 20,3 milyon manatı kasko sığortasının, qalan 14,5%-i və ya 15,1 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,2 manatı ödəniş edilib. 2014-cü ilin ilk 10 ayında isə bu rəqəm 39,1 manat olub.

Sığorta bazarının 62%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 236,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 2,9% çoxdur.
İcbarı sığorta növlərində yığım isə 142,8 milyon manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 12,9% böyüyüb.
10 ayda ümumi ödənişin 74,1%-i və ya 103,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 7,3% artıb.
İcbari sığorta növləri üzrə ödəniş isə 36,2 milyon manat və ya ümumi bazarın 25,9%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,6% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə bu rəqəm 42,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,4 manatdan 25,4 manata düşüb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info