Azərbaycanda televiziya yayımına başlanmasından 57 il ötüb
Tarix: 14.02.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Azərbaycanda televiziyanın ilk dəfə efirə yayımlanmasından 57 il ötüb. 1956-cı il fevralın 14-də yayımlanmağa başlayan Azərbaycan televiziyası, müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilib. İlk vaxtlar yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi.
Bir il sonra - 1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də göstərilməyə başlayıb. Azərbaycan Respublikasının ərazisində hazırda 30-a yaxın dövlət, ictimai, özəl və xarici teleradio şirkətlərinin radio-televiziya proqramları yayımlanır. Bununla yanaşı, ölkədə dövlət televiziya və radio proqramlarının əhali üzrə əhatə dairəsi 100 faiz, ictimai, özəl TV və radio yayımlarının əhatə faizi isə təxminən 75-80 faiz təşkil edir. Analoq yayımına paralel olaraq DVB-T rəqəmli TV yayımla ölkə əhalisinin təxminən 90 faizi əhatə olunub. Bu il ölkə ərazisində rəqəmli yayım formatına tam keçidin başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, Ümumdünya Radio Günü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun və UNESCO-nun baş direktoru İrina Bokova müraciət ediblər. Pan Gi Mun müraciətində deyib ki, 100 il əvvəl ixtira edilən radio insanları əyləndirir, öyrədir və məlumatlandırır, həmçinin bütün dünyada demokratik dəyişiklikləri irəli çəkməyə kömək edir. BMT-nin başçısı əlavə edib ki, münaqişələr şəraitində və böhranlar dövründə radiolar əhali üçün xilasetmə mənbəyinə çevrilib. Qısadalğalı tezliklərdən tutmuş, peyk vasitəsilə həyata keçirilən radio yayımları insanları birləşdirir, harada və hansı şəraitdə olmasından asılı olmayaraq onların köməyinə çatır. BMT birinci gündən dünyada insanların arzu və istəklərini eşitdirmək üçün radiolardan istifadə edir. BMT radiosu təşkilatın gündəliyinə daxil edilən bütün sualları, məsələləri işıqlandırır. Bu radioda uşaqların davamlı inkişafından tutmuş, dünyanın qorunmasına və münaqişələrin qarşısının alınmasına qədər olan bütün məsələlər dinləyicilərə çatdırılır.
Ümumdünya Radio Günü münasibəti ilə etdiyi müraciətində UNESCO-nun baş direktoru İrina Bokova bildirib ki, XIX əsrdə radionun yaranması müasir kommunikasiya dövrünün mənşəyi rolunu oynayıb. Dünya o vaxtdan xeyli dəyişikliklərə məruz qalıb, amma radio əsla köhnəlməyib. O, əvvəlki kimi istifadə üçün münasibdir, nisbətən ucuzdur və çox sadədir. Radio vasitəsilə istənilən vaxt, istənilən yerdə bütün informasiyaları almaq mümkündür. Hətta elektrik enerjisi olmayan bölgələrdə belə radio öz sözünü deməyə qadirdir.
Radionun rəqəmli yayım inqilabi nəticəsində öz imkanlarını və əhatə dairəsini daha da genişləndirdiyini bildirən İrina Bokovanın qənaətincə, bütün dünyada radiostansiyaların sayı artır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info