“Offline” xalq
Tarix: 19.11.2015 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


|

Sosial şəbəkələrdə Fransa-Azərbaycan bayraqları arasında gedən rəqabət internet kəsintisi ilə əvəzləndi. Sosial şəbəkə qurdlarına sadəcə yeni bir mövzu lazımdır. Həmin an statuslar yazılır, mətbuatda yazılar yerləşdirilir. 6-7 saatlıq internetsizliyə fərqli şəkildə şərhlər verildi. İnternetin olmamasına sevinənlər də az deyildi - məlumdur ki, bir çox iş yerlərində internet olmazsa iş dayanır, bu da yaxşıca istifadə olunmalı bir fürsətdir. İnternetdə qəribə, gülməli yazılar qarşıma çıxdı, internetin olmaması nazirin gedişi ilə də əlaqələndirildi.
Görəsən internet olmasaydı, məşğuliyyətimiz nə olardı? Ümumiyyətlə, internetsiz yaşamaq mümkündürmü? Bu suallardan yola çıxaraq kiçik bir araşdırma apardım. Görəsən heç internetin olmadığı yerlər varmı, deyə araşdırdım.
Qarşıma olduqca maraqlı bir xalq çıxdı. Bu insanlar mobil telefondan, maşından, elektrikdən, bir sözlə, texnologiyanın verdiyi bütün imkanlardan imtina ediblər. Özlərinin sadə, amma qısqanılacaq dərəcədə rahat, qeyri-adi həyat tərzləri ilə seçilirlər dünya xalqlarından.
Allahın insanı sadə bir həyat üçün yaratdığına inanırlar amişlər (Amish). Buna görə də sadə həyata zərər vuran hər cür yenilikdən qaçırlar. Ümumiyyətlə, vergi ödəməzlər. Baxmayaraq ki, Amerikada vergidən yayınmaq olmaz. Sadəcə satdıqları mala qarşılıq hərdən bələdiyyə vergisi ödəyərlər. “Əsgərlik” anlayışına onların yaşamında rast gəlinməz.
Qəribə xüsusiyyətlərindən biri isə ancaq noyabr ayında evlənmələridir. Bunun səbəbi isə noyabr ayında məhsulun bol olmasından irəli gəlir.
Azərbaycanda belə bir yaşam tərzinə üstünlük veriləcəyinə inanmaram. Amma doğrudan, insan hərdən belə bir sakit həyat arzulayır. Şəhərin səs-küyündən, tıxacından, problemlərindən uzaq, dinc bir həyat tərzi.
Onu da qeyd edim ki, belə bir yaşayış tərzi sadəcə, amişlərə aid deyil.Onlarla bərabər bir çox bu cür xalqlar var. Sadəcə, son günlər diqqətimi bu xalqın üzərindən çəkə bilmirəm. Nə yalan deyim, yaşam tərzlərini qısqandım.
http://lancasterpa.com/amish/amish-people/ Amiş xalqı haqqında daha ətraflı məlumatı burdan əldə edə bilərsiniz.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info