10 yeni teplovoz alınacaq
Tarix: 19.11.2015 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Qazaxıstandan 10 yeni teplovoz alacaq. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
N.Əzməmmədovun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansında istismar olunan lokomotivlərin istismar müddətinin keçməsini nəzərə alaraq, inventar parkının yeniləşdirilməsi çərçivəsində Qazaxıstanın ”Lokomotiv quraşdırma” Səhmdar Cəmiyyəti arasında 10 ədəd yeni istehsal edilmiş, yükdaşımada istismar edilməsi nəzərdə tutulan TE33A “Evalution” tipli teplovozun alınması üçün müqavilə imzalanıb.
TE33A “Evalution” tipli teplovoz müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilmiş, çəkisi 138 ton, gücü (4400 at gücü) 3356 kVt-dır.
Qeyd edək ki, bu teplovozların birincisi 3 avqust 2015-ci ildə Çin Xalq Respublkasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə gətirilib.
Həmin teplovozlardan 5 (beş) ədədi artıq Azərbaycana gətirilib, yerli şəraitə uyğun olaraq sınaqdan çıxarılmış, teplovoz maşinistlərinə yeni texnikanın idarə edilməsi öyrədilib.
Bu teplovozların istismarı zamanı müəyyən edilmişdir ki, 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35 faiz qənaət etməklə sahə üzrə 3200 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.
Bundan başqa “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Estoniyanın “Hanseatic Rail LLC” şirkəti arasında bağlanmış müqaviləyə əsasən 4 (dörd) ədəd yeni quraşdırılmış, müasir VL-11m6 seriyalı elektrovoz alınıb.
Bu elektrovozlar 2014-cü ildə istehsal edilmiş, çəkisi 184 ton, gücü 5680 kVt, sahə üzrə 3500-4000 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.
Alınmış hər iki növ lokomotivlərdə müasir təhlükəsizlik avadanlıqları quraşdırılmış, lokomotiv briqadalarının işləməsi üçün bütün şərait yaradılmış, kondisioner, soyuducu və mikrodalğalı qızdırıcılarla təchiz edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info