Dövlət komitəsi Lənkəranda seminar-treninq keçirəcək
Tarix: 14.02.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə respublikanın cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün 15-16 fevral 2013-cü ildə Lənkəran şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirəcək. Bu barədə komitənin Mətbuat xidmətindən məlumat verilib.
Seminar-treninqin əsas məqsədi dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılmasıdır. Həmçinin dini icmaların radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması seminarın prioritet istiqamətlərindəndir.
Qeyd edək ki, seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, cənub rayonları icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. Tədbirdə cənub bölgəsinin 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq dini icmanın nümayəndələrinin iştirakı və seminar çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub. Xatırladaq ki, bundan əvvəl dövlət komitəsi şimal-qərb bölgəsində, Oğuz rayonunda analoji tədbir keçirmişdi.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Şamaxıda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi sessiya
23.06.2019
Sabah bəzi bölgələrdə 40 dərəcə isti olacaq
23.06.2019
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23.06.2019
Sabahın hava proqnozu açıqlanıb
22.06.2019
Muxtar respublikada bank sektoru uğurlu nəticələr əldə edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info