ABŞ-da 408 azərbaycanlı tələbə təhsil alıb
Tarix: 19.11.2015 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


2014/2015-ci tədris ilində Azərbaycandan olan 408 tələbə ABŞ-da təhsil alıb. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin məlumatına görə, bu barədə “Open Doors”un hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, Azərbaycandan olan tələblərin sayı 6.5% artıb: ““Open Doors” hesabatı Azərbaycanla ABŞ arasında tələbə mobilliyi sahəsində müsbət meyllərin olduğunu göstərir”. Hesabatda deyilib ki, 2014/2015-ci tədris ili üzrə göstəricilərə əsasən, Azərbaycandan olan tələbələr ABŞ-da əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyl ediblər: “Tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə İngilis dili kursları və ya qısamüddətli kursları üzrə təhsil alır”. Hesabatda qeyd olunub ki, ABŞ-da beynəlxalq tələbə qəbulu səviyyəsi 10 faiz yüksələrək təqribən bir milyona bərabər olub: “ABŞ kollec və universitetlərinə qəbul olan əcnəbi tələbələrin sayı ötən 35 il ərzində ən yüksək artım nümayiş etdirərək 2014/2015-ci tədris ilində 10 faiz yüksəlib”. “On il əvvəlki rəqəmlər ilə müqayisədə hazırda ABŞ kollec və universitetlərində təhsil alan tələbələrin sayı 73 faiz yüksəlib və son beş ildə artım tempi daha yüksək olub. Bu artım həm ABŞ ali təhsil müəssisələrinə qəbul olan beynəlxalq tələbələrin sayının artması, həm də amerikalı tələbələrin sayının azalması ilə izah olunur” – deyə hesabatda qeyd olunub.
Qeyd edək ki, “Open Doors” dünyanın müxtəlif ölkələrində 19 nümayəndəlik şəbəkəsinə və 1440-dən artıq üzv institutlara malik Beynəlxalq Təhsil İnstitutu (BTİ) tərəfindən nəşr olunur. BTİ yarandığı 1919-cu ildən etibarən və 1972-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun dəstəyi ilə ABŞ-da təhsil alan beynəlxalq tələbələrə dair illik statistik sorğular həyata keçirir.
“Open Doors” ABŞ universitetlərində təqaüd əsasında təhsil alan beynəlxalq tələbələrin, akademik təhsildən əvvəl İntensiv İngilis Dili Proqramında oxuyan beynəlxalq tələbələrin və xarici ölkələrdə təhsil alan Amerikalı tələbələrin sayına dair məlumat verir.

Nigar





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info