“Texniki və riyazi sahələrdə Azərbaycandakı təhsil Türkiyə təhsilindən güclüdür”
Tarix: 19.11.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Vəfa Qurban: “Sovet İttifaqı və Türkiyə arasındakı münasibətlər haqqında bir kitab hazırlayıram”

Azərbaycanımızı təmsil edən diaspor nümayəndələrimiz arasında elm və təhsil adamları da az deyil. Onlardan biri isə Türkiyənin İzmir şəhərində Dokuz Eylül və İzmir Ekonomi universitetlərində müəllim kimi çalışan Vəfa Qurbandır. Vəfa xanım bu yaxınlarda dosentlik imtahanını müvəffəqiyyətlə verərək, dosent adına yiyələnib. Onunla təhsil sahəsindəki fəaliyyəti və fikirləri barədə söhbətləşdik.
- Öncə aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Vəfa Qurban Türkiyənin İzmir şəhərində Dokuz Eylül və İzmir Ekonomi universitetlərində müəllim işləyirəm. 1992-ci ildə Böyük Tələbə Layihəsi ilə Azərbaycandan Türkiyəyə gedən tələbələrdənəm. Burada Ege Universitetində Tarix bölümünü bitirdikdən sonra, eyni universitetin Sosial Elmlər İnstitutunda Türkiyə Cümhuriyyəti tarixi üzrə magistr və doktorantura təshilini almışam. Ondan sonra da universitetdə Türkiyə tarixi, türk dövlətləri tarixi, Rusiya tarixi dərslərini verirəm. Eyni zamanda Türkiyə-Rusiya münasibətləri ilə bağlı araşdırmalar aparıram. Bir neçə həftə əvvəl də dosentlik imtahanını müvəffəqiyyətlə verib, dosent adı almaq haqqı qazanmışam.
- Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?
- İxtisasımın aktuallığını soruşursunuz, mən bu suala Atatürkün sözləri ilə cavab vermək istəyirəm: “Tarixini bilməyən millətlərin coğrafiyalarını başqaları cızar”. Bir gözəl söz də var, tarix təkrarçılıqdan ibarətdir. Mehmet Akif Ersoy da deyib ki, əgər ibrət alınsaydı, hadisələr təkrar olunardımı? Yaşananlardan dərs çıxarmalıyıq ki, eyni hadisələr təkrarlanmasın. Məncə, nə demək istədiyimi anladınız. Bəlkə bir tibb, ya da hüquq ixtisasları qədər “aktual” olmasa da, tarix bilgisi hər zaman lazımdır və hər ölkədə bu dərslər verilir.
- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla əAzərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var? Ümumiyyətlə, Türkiyə və Azərbaycanın təhsil sistemlərini müqayisə edərkən, hansı məqamları daha çox vurğulayardınız?
- Mən Azərbaycanda orta məktəbi bitirmişəm, ona görə də oradakı universitetlərdəki təshil sistemi ilə buradakını müqayisə etmək mənim üçün bir az çətindir. Ancaq diqqətimi çəkən önəmli bir xüsusiyyət var: bəzi sahələrdə, özəlliklə, texniki, riyazi sahələrdə Azərbaycandakı təshil buradakından daha güclüdür.
Türkiyəyə Azərbaycandan və eləcə də dünyanın hər yerindən tələbə gəlməkdədir. Buraya gələn tələbələr əgər imtahan yolu ilə gəlirlərsə, problem olmur, ancaq başqa yollarla, müəyyən şəkildə təhsil məqsədi ilə buraya gələn tələbələr təhsil dönəmində çətinliklərlə qarşılaşırlar.
Türkiyədən məzun olan bəzi dostlarımız hal-hazırda Azərbaycanda önəmli işlərdə çalışmaqdadırlar, bəziləri müəllim, bəziləri həkim, bəziləri mühəndis kimi fəaliyyet göstərir. Bu da təbii ki, sevindirici bir haldır.
- Təhsil və elmlə bağlı mütəxəssis kimi daha hansı çalışmalarınız var?
- Mən hal-hazırda Sovet İttifaqı və Türkiyə arasındakı münasibətlər haqqında bir kitab hazırlayıram. Daha öncə də “Nəriman Nərimanov və Türkiyə siyasəti”, “Nobellər, Nobel mükafatı və Bakı nefti” adlı kitablarım yayımlanıb. Mahmud İsmayılovun “Azərbaycan tarixi” kitabını Türkiyə türkcəsinə çevirmişəm. Həm Türkiyə, həm də Azərbaycan adına faydalı olacaq çalışmalar hazırlamağa çalışıram.
- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?
- Elm sahəsində çalışanlarımıza da öncə işlərini sevmələrini, ya da sevdikləri işlə məşgul olmalarını məsləhət görürəm. O zaman uğurları daha çox olar.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info