Xaricdəki tələbələrimiz Fransa və Livanda baş vermiş terror hadisələrinə etiraz edir
Tarix: 19.11.2015 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Şəbəkəsi Fransa və Livanda baş vermiş son terror faciələri ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Fransa və Livanda baş vermiş son terror faciələri ATŞ üzvlərini dərin sarsıdıb və kədərləndirib: “Terrorizm bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri kimi artıq uzun illərdir öz dəhşətini dünyanın hər yerinə yaymaqdadır. Son illərin acı təcrübəsi bir daha göstərdi ki, müasir dövrdə terrorizm sərhəd tanımadan ən yüksək inkişaf etmiş dövlətlərə belə ağır zərbələr vurmaqla ümumilikdə bütün dünyanı bu cinayəti törədənlərə qarşı birlikdə olmağa və əməkdaşlıq etməyə vadar edir.
Biz, terrorizmin ən faciəvi formalarına məruz qalmış, müsəlman bir ölkənin, Azərbaycanın vətəndaşları bu gün həm Yaxın Şərqdə, həm Avropada insanlıqdan çıxmış canilərin amansız əməllərindən əziyyət çəkən insanları çox yaxşı anlayırıq. Bizim ölkəmiz keçən əsrdə bədnam qonşularımız ermənilər tərəfindən oxşar cinayətlərə dəfələrlə məruz qalmış, minlərlə vətəndaşını itirmiş, yüzminlərlə vətəndaşı isə ata-baba yurdundan didərgin salınıb.
Ermənilərin törətdiyi qətliamlarda etnik səbəblərlə yanaşı həm də dini zəmində formalaşmış antimüsəlman nifrəti də mühüm faktor olmuşdur. Bunu Xocalı soyqrımı ərzində ermənilərin xristian simvollarından çox sayda istifadə etməsi də təsdiq edirdi.
Buna rəğmən, bizim xalqımız heç bir zaman fərqli dinlər arasında nifrəti alovlandırmamış və “Xristian terorizmi” kimi bütün Xristian dinini və ona inanları hədəf alan söyləmlərdən istifadə etməmiş və heç kimə, eləcə də ermənilərə qarşı analoji teror aktları törətməmişdir. Azərbaycan xalqının bütün millətlərin və dinlərin sülh içərisində yaşamasını təbliğ edən dəyərlərinin təbliğatçısı olaraq bizim Holy See ilə birgə hazırladığımız aşağıdakı video rolikdə xristian, müsəlman, hindi və yəhudi dinlərindən olan uşaqlar Roma Papası Francislə görüşür və ondan sülh üçün, bütün dinlərdən olan uşaqların qorxusuz yaşaya biləcəyi bir dünya üçün dua etməsini xahiş edir. Bu video roliklə hər kəsə xatırlatmaq istəyirik ki, müxtəlif terorist qrupların dünyada sülhü məhv etmək, dinlər və xalqlar arasında xaos yaratmaq üçün yorulmadan çalışdığı dövrümüzdə, kiçik marjinal qrupların belə niyətlərini ifşa etməyin, onların din pərdəsi altında yaydıqları bu nifrətin əsiri olmamağın, və sülh üçün həmrəy olmağın əhəmiyyəti hər zamankına nisbətən daha çox artmışdır. Biz, Azərbaycan Tələbə Şəbələsi, hər birinizi heç bir etnik, dini, milli, mədəni fərq tanımadan, hər kəs üçün, istər Xocalıda, istər Beslanda, və ya Parisdə, Moskvada, Ankara, Beyrutda – dünyanın hər yerində insanların təhlükəsiz və sülh içərisində yaşamasını arzulamağa və bu dəyərlər uğrunda çalışmağa səsləyirik.
https://www.youtube.com/watch?v=6UP-NRomDRI"

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info