Futbol üzrə muxtar respublika çempionatının 7-ci turuna yekun vurulub
Tarix: 19.11.2015 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə muxtar respublika çempionatının 7-ci turuna yekun vurulub.
Mövsümün açılış oyununda ötən ilin çempionu “Araz-Naxçıvan” muxtar respublika çempionatında ilk dəfə məğlubiyyətlə üzləşib. Belə ki, Naxçıvan Dövlət Universiteti komandasının qonağı olan “Araz-Naxçıvan” ilk görüşdə meydanı məğlub tərk edib – 2:1. Bundan sonra keçirdiyi bütün görüşlərdə qalib gələn “Araz-Naxçıvan” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Cari mövsümdə meydana çıxdığı bütün qarşılaşmaları qələbə ilə başa vuran “DİN-Darıdağ” komandası turnir cədvəlinə başçılıq edir. Onlar son turda “Əlincə” komandasını üstələyərək 21-ci xallarını qazanıblar. “Araz-Naxçıvan”la keçiriləcək görüş liderin dəyişməsinə səbəb ola bilər. Naxçıvan Dövlət Universitetinin komandası isə meydana çıxdığı 7 görüşdə iki dəfə məğlub olub.
Ötən illərdə olduğu kimi, cari mövsümün də autsayderləri yenə “Kəngərli” və “Sədərək” komandalarıdır. “Batabat” və “Babək” komandaları arasında keçiriləcək görüş isə təxirə salınıb. Bu matçda babəklilər qalib gələcəyi təqdirdə, turnir cədvəlində iki pillə irəliləməyə müvəffəq olacaqlar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info