Dövlət Fitosanitar Nəzarəti Xidməti regional seminar-müşavirə keçirəcək
Tarix: 19.11.2015 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


21 noyabrda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin tədris korpusunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının-rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini məntəqələrinin, bioloji laboratoriyaların əməkdaşlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti və tələbələrinin, Elmi Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Bitki mühafizəsinin müasir problemləri və fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi-praktik əsasları” mövzusunda regional seminar-müşavirə keçiriləcək.
Seminar-müşavirədə “Bitki mühafizəsinin müasir problemləri və həlli yolları”, “Respublika ərazisində kartof güvəsinin (Phthorimaea operculella Zell.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti”, “Kartof bitkisi əkinlərində və üzüm bağlarında inteqrir mübarizə tədbirləri” mövzularında çıxışlar dinləniləcək və müvafiq müzakirələr aparılacaq.
Seminar-müşavirənin sonunda bitki mühafizəsi tədbirlərində beynəlxalq miqyasda geniş istifadə edilən, müasir tipli, ultra kiçik həcmli AU 8115 M və SCOUT 28 s-300 çiləyicilərinin nümayişi həyata keçiriləcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info