YAP-ın 23-cü ildönümü Şəmkirdə qeyd olundu
Tarix: 19.11.2015 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə YAP Şəmkir rayon təşkilatında geniş tədbir keçirilmişdir.
Tədbir YAP Şəmkir rayon təşkiltı qərərgahının akt zalında keçirildi.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı sədrinin müavinləri Məcid Şıxlıniski, Nürəddin Əhmədov, YAP Şəmkir rayon təşkilatı Şurasının və İdarə heyətinin üzvləri idarə, müəssisə, təşkilat rəhbərləri, YAP fəalları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu əlamətdar gün münasibətilə təbriklərini çatdırmış, partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məlumat vermişdir.
YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Aybəniz Nəsibova çıxışında partiyanın yaranma tarixinə nəzər salaraq qeyd etmişdir ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmiş, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr vermişdir.
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Nürəddin Əhmədov bildirdi ki, “Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırmış, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olmuşdur.
Sonda çıxış edənlər YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski, Mərkəzi xəstəxana ilk partiya təşkilatının sədri Abdulla Rzayev, Şəmkir şəhər İƏD-si ərazi ilk partiya təşkilatının sədri Nizami Qurbanov, YAP Şəmkir rayon Şurasının üzvü Şaməddin Abdullayev, Şəmkir rayonu Kür qəsəbə İƏD-si ərazi ilk partiya təşkilatının sədri Yusif Mehtiyev və digərləri Yeni Azərbaycan Partiyasının 23 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışdılar. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırdılar.
Qeyd etdilər ki, Bu müddət ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub. Bu sahədə işlərin məntiqi davamı olaraq paytaxt və bölgələrdə avtomobil yollarının yenidən qurulması layihələri uğurla həyata keçirilir.






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info