“Hər evə optika” layihəsi gerçəkləşdiriləcək
Tarix: 14.02.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Dövlət Neft Fondunun, “Booz&Co” məsləhətçi şirkətinin və aidiyyəti rabitə birlik və müəssisələrin rəhbərllərinin iştirakı ilə Bakıda və digər bölgələrdə, Naxçıvanda əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihənin müzakirəsi keçirilib.
Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə “Hər evə optika” prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS-dən iki km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyalarınn tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapıb. Müzakirədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov layihə çərçivəsində 2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində 30 mb/s, qəsəbə və kənd yerlərində 10 mb/s və daha çox sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyini, layihənin effektiv həyata keçirilməsi və müəyyən edilmiş hədəflərə nail olunması üçün müvafiq islahatların aparılmasının zəruriliyini vurğulayıb. Müzakirədə Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədov çıxış edərək layihənin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. “Booz&Co” məsələhətci şirkətinin layihənin texniki, kommersiya, əməliyyat, tənzimləmə modelləri üzrə müzakirəyə təqdim etdiyi məlumat dinlənilib. 2013-cü ildə layihənin birinci mərhələsinin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondu tərəfindən 103,6 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulduğu, yaxın günlərdə layihənin maliyyələşdirilməsinə və tədbirlərin icrasına başlanılacağı qeyd edilib. Layihənin Elektron hökumət həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması üzrə əhəmiyyəti rolu xüsusi vurğulanıb. Genişzolaqlı internet xidmətlərinin “Hər evə optika” prinsipi əsasında inkişaf etmiş ölkələrin göstəricilərinə yaxılnlaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vacib sayılıb.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info