Messi “El-Klasiko”da oynayacaqmı?
Tarix: 20.11.2015 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Zədəsini sağaldaraq sıraya dönən “Barselona”nın futbolçusu Lionel Messi Madrid “Real”ı ilə keçiriləcək görüşə əsas heyətdə çıxmayacaq. Argentinalı hücumçu ilk “11-lik”də deyil, ehtiyat oyunçular skamyasında yer alacaq.
Buna səbəb Messinin “El-Klasiko”da 90 dəqiqə oynamağa hazır olmamasıdı. 28 yaşlı futbolçu bu barədə məşqçilər korpusuna məlumat verib və ilk dəqiqələrdən meydana çıxmasının onun üçün riskli ola biləcəyini vurğulayıb. İspan həmkarlarımızın fikrincə, ehtiyatda qalacaq Messi zərurət yaranacağı təqdirdə, sonradan oyuna daxil ola bilər. İşlər qaydasında gedəcəyi halda isə təcrübəli hücumçunun meydana girəcəyi inandırıcı görünmür. Qeyd edək ki, noyabrın 21-də keçiriləcək “El-Klasiko” “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Onu da qeyd edək ki, “Adidas” şirkəti Lionel Messinin Madrid “Real”ı ilə şənbə günü keçiriləcək qarşılaşmaya yeni butslarla çıxacağı xəbərini yayıb. “Adidas”ın yeni butsları qara və qırmızı rəngin ahəngində istehsal edilib. “Messi15” dizaynı ilə hazırlanan butsun pəncə qatında isə “Barselona”nın forvardının pərəstişkarlarına hörmət əlaməti olaraq böyük “M” hərfi yerləşdirilib. Səkkiz həftə əvvəl zədələnən argentinalı ulduz “Real” ilə derbi matçına beş gün qalmış məşqləri bərpa edib. O, “El-Klassiko”da komandasına ən azi 30 dəqiqə kömək edə bilər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info