Rusiya terrorçulara görə ölüm hökmünü bərpa edir
Tarix: 20.11.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Dumasında ölüm cəzasının yenidən qaytarılması ilə bağlı ölkə prezidentinə müraciət hazırlanması üçün imza toplanmağa başlanılıb. Deputatların əksəriyyəti belə hesab edir ki, terror təhlükəsi altında Kreml belə bir addım ata bilər. Həm də bunun üçün mövcud olan hüquqi nüanslar moratoriumun müddətini ləğv etməyə imkan verir.
Bu məsələ ilə əlaqədar müzakirələrdə "Vahid Rusiya” partiyasının nümayəndələri maraqlı bir təkliflə çıxış ediblər. “Nezavisimaya qazeta”nın verdiyi bilgiyə görə, onlar internetdə bu mövzulara məhdudiyyət qoymağı irəli sürərkən fikirlərini “internetdə ciddi təmizləmə, güllələnmədən də vacibdir” kimi əsaslandırıblar. Qeyd edilməlidir ki, hazırda Rusiya Cinayət Məcəlləsində insan həyatına qəsdlə bağlı, ağır cinayətlərə görə ölüm cəzası nəzərdə tutur. Amma əslində bu, təyin və tətbiqetmə kimi qəbul olunmur. Belə ki, 1997-ci ildə Rusiya Avropa İnsan Hüquqları Konvensiyasının tələbinə uyğun dinc dövrdə cəzanın bu formasının aradan qaldırılmasıyla əlaqədar protokol imzalayıb. “Pravda ru” saytının yazdığına görə, bu günlərdə Rusiya prezidenti terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə idarələrarası komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncam terrorçu qrupların üzvü olduqları iddia edilənlərin maliyyə vəsaitlərinin qarşısını almağa hesablanıb. Maraqlı nüanslardan biri də, LDRP lideri Vladimir Jirinovskinin bu məsələ ilə bağlı təklifi ilə bağlıdır. O, ələ keçən terrorçuları xüsusi muzey-kameralarda saxlamağı və bu muzey-kameralara şagirdlərin ekskursiyaların təşkil etmək lazım olduğunu bildirib: “Bu muzey-kameraları Rusiyanın bölgələrinə aparıb əhaliyə göstərmək və demək lazımdır ki, ölüm cəzası terrorla mübarizə üçün o qədər də effektiv seçim deyil. Ölüm hökmü onlar üçün adi haldır. Onların əksəriyyəti intihara meyillidirlər. Əgər onlardan hər biri sağ ələ keçsə belə, o ölümünə etiraz etmir. Lakin həmin terrorçunu muzey-kameralarda ölkə-ölkə gəzdirib onun terrorçu olduğunu göstərmək, bu şəxs üçün ən ağır cəzalardan biri ola bilər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info