Uşaq Paralimpiya İdman Oyunlarının qalibi Aydın
Tarix: 20.11.2015 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


“İnanıram ki, Aydın gələcəkdə idmanda qazandığı uğurlarla həm ailəmizin, həm də Vətənimizin adını daha da yüksəklərə qaldıracaq”

Azərbaycanda idmana olan diqqət paralimpiyada da özünü göstərir. Diqqət edilsə, paralimpiyaçılarımızın da uğurları ildən-ilə artır. Bununla yanaşı, ölkəmizdə uşaq paralimpiyası da inkişaf etməkdədir. Məhz bunun nəticəsidir ki, bu yaxınlarda respublikada ilk dəfə olaraq Uşaq Paralimpiya İdman Oyunları keçirilib. Bu yarışların qalibləri arasında anadangəlmə lal və kar olan Aydın Əzizov da yer alıb.
Xatırladaq ki, 2004-cü ildə dünyaya gələn Aydın Əzizov əslən Laçındandır. Hazırda onun ailəsi məcburi köçkün kimi müvəqqəti olaraq Sumqayıtda məskunlaşıb.
O, 2006-cı ildə Bakıda lal və karlar bağçasında tərbiyə alıb. 2010-cu ildən Bakıdakı 3 saylı lal və karlar məktəbində orta təhsil alır. Aydın hazırda bu məktəbin V b sinfinin əlaçı şagirdidir. Əla qiymətləri və nizam-intizamı ilə Aydın məktəb yoldaşlarından fərqlənir. Lal və kar olmasına baxmayaraq, özünü sağlam uşaqlardan yüksək aparır.
Aydın sağlamlıq imkanı məhdud olmasına baxmayaraq, təhsilini davam etdirməklə yanaşı, idman yarışlarında da fəal iştirak edir. 2013-cü ildə Sumqayıtda fəaliyyət göstərmiş Bərgüşad İdman Klubunda cüdo üzrə məşq edib. Elə idman sahəsində ilk uğurunu da burada əldə edib. Belə ki, Bərgüşad İdman Klubunun 2013-cü ildə 31 Mart Soyqırımı Gününə həsr olunan Cüdo güləşi üzrə yeniyetmələr arasında keçirdiyi yarışda Aydın III yerə çıxıb. Bu uğur onun idmana olan həvəsini daha da artırıb. Aydın artıq, 2015-ci ildən Sumqayıt Paralimpiya idman kompleksində İbrahim müəllimdən cüdo dərsləri alır. O, növbəti uğurunu isə bu il noyabrın 6-da Sumqayıtda keçirilən I Uşaq Paralimpiya İdman Oyunlarıda qazanıb. Aydın bu yarışlarda cüdo idman növü üzrə 32-34 kq. çəki dərəcəsində I yerə layiq görülüb. Lakin texniki səhv olaraq ona II yerin diplomu verilib. Sonradan bu yanlışlıq aradan qaldırılaraq Aydına I yerin diplomu Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov tərəfindən təqdim olunub.
Onu da qeyd edək ki, Aydın Əzizov Sumqayıtda Şahmat klubunda qeydiyyatda olaraq şahmatçılar arasında yüksək yer tutub.

“Sevinirik ki, Allah Aydını belə bir güc, qabiliyyət sahibi edib”

Atası Xəqani Əzizov Aydının bu uğurları ilə bağlı sevincini bizimlə bölüşdü: “Hamımız çox narahat idik ki, bu xəstə uşaq böyüyəndə hansı sənətə sahib olacaq. Bu baxımdan çox ruhdan düşmüşdük. Sonradan böyüdükcə aktiv idman hərəkətləri etməyə başladı. Daha sonra bir müddət üzgüçülüyə yazıldı. Evimizə gələn idmançı dostlarım da mənə deyirdilər ki, Aydının idmana böyük həvəsi var. Onlar məni inandırdılar ki, Aydından idmançı çıxacaq və şükür ki, elə də oldu. O, Bərgüşad İdman Klubunda sağlam uşaqlarla məşq edirdi. Sonradan müəllimi Sərxan Ağalarovun töfsiyəsi ilə Aydını Sumqayıtdakı Paralimpiya Kompleksinə yazdırdıq. Ora gedəndən sonra idmana daha da marağı artdı. Sevinirik ki, Allah Aydını belə bir güc, qabiliyyət sahibi edib”.
Xəqani Əzizov Aydının lal və kar olmasından məyus olsa da, onun idmanda əldə etdiyi uğurlara görə hədsiz fəxr edir: “ I Uşaq Paralimpiya İdman Oyunlarında bu uşaqlar uğur qazandıqda biz sevincimizdən ağlayırdıq. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da bizim üzümüzdə gördüyü sevincdən fərəhlənirdi. Hətta özü də çıxışlarında dedi ki, bu gün bizim kədərimizi sevinc əvəzləyib. Mən inanıram ki, Aydın lal və kar olmasına baxmayaraq, gələcəkdə idmanda qazandığı uğurlarla həm ailəmizin, həm də Vətənimizin adını daha da yüksəklərə qaldıracaq”.

“İdman Azərbaycanda onların yumruqlarının altında bərkiyib bu dərəcəyə çatıb”

Xəqani Əzizov dedi ki, Aydının və onun kimi uşaqların belə yarışlara həvəsli olması dövlətin idmana qayğısının bariz nümunəsidir: “Həqiqətən, Prezident İlham Əliyev idmanı Azərbaycanda kulminasiya nöqtəsinə çatdırıb. Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva idmanı və başqa sahələri öz diqqətində saxlayır. Yəni idman Azərbaycanda onların yumruqlarının altında bərkiyib bu dərəcəyə çatıb. Ölkəmizdə idman belə inkişaf etməsəydi, bəlkə bir çox gənclərimiz xoşagəlməz yollara düşərdilər. Hətta xəstə uşaqlarımız idmana qoşulmasaydılar çətin vəziyyətdə olardılar və ya valideynləri onlardan imtina edərdilər. Məhz dövlətin idmana olan diqqətinin nəticəsidir ki, ölkəmizdə Uşaq Paralimpiya İdman Oyunları da keçirildi. Sevinirəm ki, bu yarışlarda cüdo idman növü üzrə 32-34 kq. çəki dərəcəsində ilk I yerə mənim övladım layiq görüldü. Bu, nəsilbənəsil yaşayan tarixdir. Belə yarışlar fiziki qüsurlu uşaqların həyata bağlanmağı baxımından çox əhəmiyyətlidir. Bu, həm də onlara böyük perspektiv açır. Əgər beynəlxalq Uşaq Paralimpiya İdman Oyunlarında da Aydın iştirak etsə, inanıram ki, Vətənə qalib kimi qayıdacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info